Həyat yoldaşınız üçün ideal bir qadın olmanın sadə yolları

21 Noyabr 2016 09:09

Qadınlar yoldaşlarıyla eyni zamanda dost olmaq, yoldaşlarının ürəklərində olanları səmimiyyətlə bölüşmələrini istəyərlər.

Yaxşı bir münasibətin göstəricisi, eyni zamanda möhkəm bir dost ola bilməkdir. Biz qadınlar özümüzü izah etmək, dərdlərimizi paylaşmaq mövzusunda daha rahat olsaq da eyni şey kişilər üçün etibarlı olmadığında, əlaqədə bir balanssızlıq söz mövzusu olar.

Həmişə siz izah edir, qarşı tərəf sizi dinləyirsə, yoldaşınız sizin probleminizi həll etməyə çalışsa zamanla qarşıdurmalar yarana bilər. Təbii ki, bu hər bir münasibət üçün etibarlı deyil, amma ortalama olaraq belədir deyə bilərik. Qadınlar, münasibətlərində dostluq və səmimiyyət axtararlar. Kişilərin problemlərini bölüşməklərini istəyərlər.  Bəs bunu necə etmək olar?

Sizə içini tökməsini təmin edin

Yoldaşınızın sizə qarşı sanki bir bağlı qutu olmağından və sizə içini tökmədiyindən şikayət edirsinizsə doğru zamanı hələ tuta bilməmisiniz deməkdir. Əgər yorğundursa ya da başqa bir işlə məşğul olursa və ya rahatlamaq istəyirsə, ona suallarla yaxınlaşmanız nəticə verməyəcək. Yaxşı bəs o zaman doğru vaxtı necə tutacaqsınız? Dərhal cavablayaq…

Yoldaşınızın sizə romantik mənada ən yaxın olduğu an birlikdə fəaliyyət etdiyiniz zamandır. Bu, ikinizin də yuxusunun qaçdığı yataq söhbətləri, parkda gəzinti ya da birlikdə televizora baxma zamanı belə ola bilər.

loading...

Yoldaşınızın sizə açılmasını çətinləşdirən davranışlardan biri, gözlərinizi sabit bir şəkildə onun gözlərinə dikib “Hə, indi izah et” deyər kimi etməkdir. Danışarkən sizə baxması üçün məcbur etməyin. Kişilərin çoxu gözlərinə baxılmadığı zaman daha rahat danışar.

Sual soruşmağı sorğuya çevirməyin

Bəzən fərqində olmadan sualları bir-birinin ardınca sıralayıb söhbəti kritik bir vəziyyətə çatdıra bilərsiniz. Bir az sakit olmağa çalışıb, əmr tonundan istifadə etməməyə, suallarınızı azaltmağa, yoldaşınızı günahlandırmağa ara versəniz yaxşı olar. “Danış mənimlə!”, “Niyə mənə izah etmirsən?” demək yerinə “Bu mövzu haqqında nə düşünürsən?” deyə soruşa bilərsiniz. Sizə qarşı rahat bir şəkildə açılmasını istəyirsinizsə ona güvən və cəsarət verməlisiniz.

Öz sirlərinizi açıqlayın

Bir başqasının sirrini öyrənmənin yolu, öz sirrinizi ona açıqlamaqdır. Bu, qarşınızdakı adamı cəsarətləndirər. Xüsusilə yoldaşınızın paylaşmaq istəmədiyi mövzular haqqında öz həyatınızdan nümunələr verin və ortaq nöqtələr tapmağa çalışın.

Bəzən susmağı sınaqdan keçirdin

Bəzən bir insanı danışdırmanın ən yaxşı yolu susmaqdır. Bu adam yoldaşınız olsa belə… Sual soruşmaq yerinə hadisələri bir az axarına  buraxmağı təcrübə edin. Susmaq və səmimi bir şəkildə gözlərinə baxmaq, yaxşı bir dinləyici olduğunuzu qarşı tərəfə çatdırar. Beləcə sizin israrlarınızdan ötəri məcbur qaldığı üçün deyil, özü istədiyi üçün dərdini sizə izah edəcək.

Oxunma sayı: (3)

Loading...
loading...