Bədəndən gözəl qoxu gəlməsi üçün hər gün o çayı için

13 Dekabr 2016 09:59

Hormonal dəyişiklik, həddindən artıq tərləmə, qeyri-sağlam qidalanma kimi bir çox səbəblərdən bədən qoxusu yaranır. Bəzən bu qoxu pis olur. Saglamheyat.com  bədənin pis qoxusundan xilas olmaq üçün təbii və praktik həll yolları ilə sizi tanış edir.

 

Limon

 

Limonun canlı və oyandırıcı iysi bədənin möcüzəvi qoxulanmasında əhəmiyyətli rol oynayır. Bakteriya və mikrob öldürən limon bədən və ağızdakı pis qoxunun qarşısını alır. Limon, eyni zamanda, bədəndəki zərərli toksinləri də yox edir. Limonun orqanizmə təsirini artırmaq və qoxunuzu dəyişdirmək istəyirsinizsə, günə bir stəkan ilıq limon suyu içərək başlayın. Bu, bədəninin yenilənməsinə və təmizlənməsinə kömək olar. Qoltuqaltı və ya ayaq qoxusundan xilas olmaq üçün də həmin bölgəyə yarım limon sürtün, tamamilə qurumasını gözləyin. Daha sonra duş qəbul edin. Bunu qoxu gedənə qədər gündəlik tətbiq edin.

 

Pomidor

 

Pomidor məsamələrin sıxlaşmasına kömək olur və tər ifrazı kanallarına mane olur. Pomidor suyu içmək bədənin istiliyini aşağı saldığı üçün də tərləmənin qarşısını alır. Hər gün yarım stəkan pomidor suyu için və ya salatlarınıza təzə pomidor əlavə edin. Duş almazdan əvvəl çox tərləyən bölgəyə pomidor suyu çəkin və 10-15 dəqiqə saxladıqdan sonra duş alın. Ehtiyac olduqda bunu təkrarlayın.

 

Yaşıl çay

 

Antioksidant baxımından zəngin olan yaşıl çay ağız, bədən qoxusu və pis iy verən ayaqlara tətbiq edilə bilər. Zərərli toksinləri təmizləyir, bədənin yaxşı qoxu verməsini təmin edir. Eyni zamanda, nəfəsi təmizləyir, hər hansı bir pis qoxunun qarşısını alır. Hər gün 3-4 stəkan yaşıl çay için, istəsəniz, içinə bir az bal əlavə edin.

 

Hindqozu yağı

 

Hindqozu yağı bədən üçün möcüzəvi və təbii bir dezodorantdır. Bədəndən gələn pis qoxunun qarşısını alan hindqozu yağı, eyni zamanda həzm sistemini də dəstəkləyir. 1 yemək qaşığı hindqozu yağını ağzınıza qoyun və 15-20 dəqiqəyə qədər ağızda saxlayın. Udmadan ağzınızdan çıxarın və dişlərinizi fırçalayın. Səhərlər gündəlik olaraq ac qarına bunu tətbiq edə bilərsiniz.

loading...

 

Adaçayı

 

Adaçayı bədənin şirin və gözəl qoxu verməsini təmin edən bitkidir. Bədəni bakteriyalardan qoruyan adaçayının aromatik qoxusu sayəsində dəridə pis qoxu qalmayacaq. Gündə 1-2 stəkan adaçayı için, istəsəniz, içinə limon suyu əlavə edərək bədənə daha tez təsir etməsini təmin edə bilərsiniz. Adaçayı hamilə və ya əmizdirən analar üçün tövsiyə olunmur. Çox adaçayı içmək də başgicəllənməyə səbəb olur. Ona görə də hər gün 2 stəkandan çox içməyin.

 

Darçın

 

Darçın möcüzəvi nəfəs təzələyici vasitədir. Bədənə toxluq hissi verən darçın təravət qoxusu verir. Gündə ən az bir dəfə darçın qəbul edin. Pis qoxudan xilas olmaq üçün də darçın çayını ağzınızda qarqara edə bilərsiniz. Darçın çayını 10 dəqiqə qaynadandan sonra için.

 

Cəfəri

 

Cəfərinin tərkibindəki yağlar pis qoxuları yox etməyə köməkçidir. Eyni zamanda, qanı təmizləyən cəfəri bakteriyalara qarşı da çox təsirlidir. Hər gün 2 fincan cəfəri çayı için. 1 çay qaşığı doğranmış təzə cəfərini 5 dəqiqə qaynadın. İçməzdən əvvəl soyumasını gözləyin. Ağız qoxusundan qurtulmaq üçün ilıq cəfəri çayı ilə qarqara edə bilərsiniz. Cəfəri çeynəmək də bir həll yolu olar.

 

Çəmən otu

 

Çəmən otu toxumu və yarpaqları pis qoxu ilə mübarizə aparır, bədəni toksinlərdən təmizləyir. Vitamin və mineral tarazlığı ehtiva etdiyi üçün həzm sistemini də inkişaf etdirir. Vücuda gözəl qoxu verir. Bir stəkan suyun içinə bir çay qaşığı çəmən otu toxumları atın, gecə boyu saxlayın. Səhər suyu için və birlikdə toxumlarını yeyin. Bu, gün ərzində bədəninizin qoxusunu dəyişdirəcək.

Oxunma sayı: (36)

Loading...
loading...