Dişlərinizi gündə 1 dəfə soda ilə fırçalasanız… – İSTİFADƏ QAYDALARI

19 Dekabr 2016 12:18

Bütün mətbəxlərdə olan və hər zaman istifadə edilən soda bir çox işlərə yarayır. Məsələn, səhər yuxudan oyananda boğazınız göynəyir və qızartı hiss edirsinizsə, dərhal yarım stəkan suyun içinə yarım çay qaşığı soda töküb qarışdırın və qarqara edin. Bunu  səhər, günorta, axşam olmaqla 3 dəfə edin. Sonrakı səhər yuxudan oyandıqda bu narahatlığın keçdiyini görəcəksiniz. Saglamheyat.com  soda ilə bağlı bilmədiyiniz digər faktları da təqdim edir.

 

– Gündəlik üz təmizləmə vasitənizin içinə yarım çay qaşığı soda əlavə edin və dərinizi 2-3 dəqiqə masaj edərək çəkin. Sonra üzünüzü yaxşıca yuyun.

 

– Dişlərinizi gündə 1 dəfə mütləq soda ilə fırçalayın.

 

– Evdəki xalılarınıza ildə iki dəfə bir ovuc soda töküb 2 saat saxlayın, sonra tozsoranla təmizləyin.

 

– Pas ləkəsinə qarşı əvəzedilməz vasitədir. Paslanma ehtimalı olan bütün əşyalarınızı arada bir soda ilə ova bilərsiniz.

loading...

 

– Yağ ləkəsini təmizləmək üçün ən yaxşı yoldur. Yağ tökülən bölgəyə soda tökün və azca su damcıladın. 2 saat saxlayın, sonra silin.

 

– Tualetdə künclərə tökmək üçün istifadə edə bilərsiniz. Üstəlik, kimyəvi olmadığı üçün heç bir riski də yoxdur.

 

– Dibi tutan qazanın, tavanın içinə axşamdan bir az soda töküb saxlayın. Beləcə, səhər yapışmış, yanmış yeri təmizləyə bilərsiniz.

 

– Soyuducunun içi çox zaman iy verir. Bu qoxunu aradan qaldırmaq üçün bir kasanın içinə bir az soda tökün, soyuducuda bir küncə yerləşdirin və arada bir gedib-gəlib qarışdırın.

 

– Allergiyanız varsa, naftalini sevmirsiniz yəqin. Bu vəziyyətlərdə paltar şkafınızdakı kif, nəm qoxusunun qarşısını soda ilə ala bilərsiniz. Paltar yuyarkən də bir az soda əlavə etsəniz, daha parlaq görünəcəklər.

Oxunma sayı: (9)

Loading...
loading...