Qışda sevgilinizi belə yerlərə aparın…

24 Dekabr 2016 17:20

Qışın soyuq günlərində insanların romantikaya və istiliyə daha çox ehtiyacı olur. Bu fəsildə romantik təkliflər də gözəl səslənir. Saglamheyat.com  sevgilinizlə keçirə biləcəyiniz romantik dəqiqələr barədə bəzi ipucları təqdim edir.

 

Qəhvə içməyə gedin

 

Qış ayları romantik bir qəhvə fasiləsi üçün ən ideal zamanlardan biridir. İsti, şirin və ya ədviyyatlı içkiləri birlikdə dadın. Xüsusilə qəhvə verilən məkanlarda yumşaq oturacaqlar sizə ideal mühit yaradacaq. Qəhvə sevməyiniz şərt deyil, bu yerlərin zəif işıqları və romantika ab-havası sizə yüksək əhval-ruhiyyə verəcək.

 

Yemək dərslərinə qatılın

 

Qışda çöldə edə biləcəyiniz fəaliyyətlər məhdud olduğu üçün digərlərindən yararlanmaq lazımdır. Qapalı məkanlarda edilə biləcək fəaliyyətlərin darıxdırıcı olacağını düşünməyin. Xoş və qeyri-adi fəaliyyətləri sınamaqda fayda var. Bunun üçün qatılacağınız hər hansı bir yemək kursu bir-birinizi daha yaxşı tanımanızı və maraqlı dəqiqələr keçirməyinizi təmin edəcək.

loading...

 

Vannanı doldurun

 

Qışda ən romantik təkliflərdən biri də bu ola bilər. Sevgiliniz gəlməzdən əvvəl vannanı isti suyla doldurun. O, gələndən sonra birlikdə özünüzü istinin rahatlaşdırıcı təsirinə və sevginin ağuşuna təslim edin. Əgər büdcəniz uyğundursa, bir otel otağında, hamam vannasında da romantik gecə keçirə bilərsiniz.

 

Bir qış eşqbazlığı edin

 

Şəhər xaricində romantik bir həftəsonu keçirə biləcəyiniz gözəl məkan seçin. Məsələn, kiçik bir dağ oteli və ya göl kənarında təbiətlə iç-içə ağacdan hazırlanmış koteclər. Sevgilinizlə şəhərin bütün stressindən uzaqda təklikdə keçirə biləcəyiniz ən ideal həftəsonu üçün bunu edə bilərsiniz.

Oxunma sayı: (2)

Loading...
loading...