Seksual alt paltarı

05 Yanvar 2017 14:11

Yeni ilə necə girəcəyiniz haqqında düşünmüsünüz? Həmin gecənin unudulmaz olmasını istəyirsiniz? Bunun üçün sizə sadəcə gözəl və seksual alt paltarları lazımdır. Saglamheyat.com  Yeni ili qarşılamaq üçün bir neçə alt paltarı modeli təklif edir.

 

Qırmızı alt paltarları: Qırmızı rəngli alt paltarları gündəlik həyatda geyildikdə iddialı ola bilər. Lakin Yeni il gecəsi üçün möcüzəvi bir seçimdir. Gözəl bir makiyaj, hündürdaban ayaqqabı və cazibədar geyimin altındakı qırmızı alt paltarı Yeni ilin ilk süprizi olsun.

 

Rəngarəng alt paltarları: Qırmızı çox iddialı ola bilər və özünüzə daha fərqli rəngləri də yaraşdırırsınızsa, rəngarəng alt paltarı tapmaqda çətinlik çəkməyəcəksiniz. Geniş rəng seçimi hansı rəngi geyinmək istədiyinizə qərar verə bilmənizdə çətinlik yaradarsa, sevgilinizin ən sevdiyi rəngi seçərək onu daha da xoşbəxt edə bilərsiniz.

 

“Krujeva”lı alt paltarları: Hər zaman dəbdə olan “krujeva” daim istifadə edilən modellərdəndir. Yeni il gecesi özünüzü daha qadınsayağı və seksual hiss etmək üçün alt paltarlarınızı “krujevalı” olanlardan seçin.

 

Pələng naxışlı alt paltarları: Pələng naxışlı alt paltarları geyinmək cəsarət tələb etdiyi qədər doğru şəkildə istifadə edildikdə möcüzələr yaradar. Məsələn, bütün alt paltarlarının pələng naxışlı olmamasına diqqət edin. Kiçik pələng detalları seksuallığınızı artırar.

 

loading...

Qara alt paltarları: Heç əziyyət çəkmədən və çox düşünmədən seksual görünmək istəyirsinizsə, qara alt paltarı seçin. Lakin qara alt paltarları seçərkən digərlərinə nisbətən daha çox diqqətli olmalısınız. Alt paltarının görünüşü və sizə yaraşması əksinə, sizi seksuallıqdan uzaqlaşdıra bilər.

Oxunma sayı: (1)

Loading...
loading...