• Sağlam Həyat
Soyuducunun içinə bir fincan qəhvə qoysanız…
loading...

Sağlamlıq baxımından soyuducunun təmiz olması vacibdir. Hər kəsə məlumdur ki, soyuducu təmizlənmədiyində içərisindən pis qoxular gəlməyə başlayır. Soyuducu rəflərinə bulaşmış yemək qalıqları bir müddət sonra bakteriya yaranmasına səbəb olur. Buna görə soyuducunu müntəzəm şəkildə təmizləmək gələcəkdə yarana biləcək pis qoxuların və sağlamlıq problemlərinin qarşısını almış olar.

 

Saglamheyat.com  soyuducunu təmizləmək üçün 4 praktik addım təqdim edir.

 

Soyuducunu təmizləmədən əvvəl işlək vəziyyətdə olub-olmadığından əmin olun. Əgər soyuducunuzda donmuş buzlar varsa, buzların əriməsini gözləyin, sonra təmizliyə başlayın.

loading...

 

– Soyuducuda təmziləmək istədiyiniz hissəni sirkəli su ilə silə bilərsiniz. Bu, pis qoxuların və bakteriyaların qısa müddətdə yox olmasına kömək edəcək.

 

– Soyuducudakı çətin gedən ləkələri silmək üçün istifadə edəcəyiniz əskiyə sirkə və soda əlavə edə bilərsiniz.

 

– Gigiyenik qaydalara əməl etmək üçün soyuducunun içini və çölünü ayrı-ayrı parçalarla təmizləyin.

 

– Soyuducunu təmizlədikdən sonra içərisinə bir fincan qəhvə qoysanız, yarana biləcək pis qoxuların qarşısını ala bilərsiniz.

loading...

Comments are closed.