“Orqazm olduğumu necə anlayım?” – CAVAB

05 Yanvar 2017 15:44

Qadınların kiçik yaşlardan “ayıb” olduğunu düşündükləri və ya cəsarətləri çatmadığı  üçün soruşmağa qorxduqları suallar var. Əslində onlara cavab vermək çətin deyil. Saglamheyat.com  qadınların soruşmağa qorxduğu sualları və onların cavablarını təqdim edir.

 

Orqazm olduğumu necə başa düşəcəm?

 

Bu sual qadınların soruşmağa qorxduğu sualların arasında ilk yeri tutur. Ətraflarındakı digər qadınlardan orqazm hekayələrini eşidən xanımlar özlərindən şübhələnməyə və hər hansı bir problemləri olduğunu düşünməyə başlayırlar. Unutmayın ki, orqazm dərhal olan bir şey deyil. Mütəxəssislərin fikrincə, orqazmı öyrənmək üçün müəyyən zaman lazımdır. Çünki orqazm öyrənilən refleksdir. Xüsusilə qadınlarda klitor sinir quruluşu baxımından çox zəngindir. Lakin hər qadın hər dəfə cinsi münasibətdə orqazm olmaya bilər. Orqazmın müddəti kimi, gücü də insandan insana fərqlidir. Əslində qadınların orqazm olub-olmamasını başa düşməmək mövzu deyil. Çünki hər bir qadın bədənindəki dəyişiklikləri asanlıqla anlaya bilər.

 

Cinsi əlaqədən sonra genital bölgənin təmizlənməsi hamiləliyin qarşısını alırmı?

 

Cinsi əlaqədən sonra genital bölgəni təmizləmək hamiləliyin qarşısını almır. Çünki spermalar sürətlə vaginadan içəri girir və bu halda hamiləlik başlaya bilər. Boşalma genital bölgənin xaricinə olarsa, spermalar təmizlənərək, hamiləlik ehtimalını azalda bilər. Lakin buna da çox güvənmək olmaz, çünki sperma uzun müddət təsirini itirmədən qala bilir.

 

Cinsi əlaqədən sonra bədən niyə ağrıyır?

 

Vaginal maye kifayət qədər olmadıqda cinsi əlaqədən sonra ağrı hiss edilir. Bu ağrılar heç nə ifadə etmir. Lakin ağrı davamlı hala gələrsə və cinsi əlaqə əsnasında təkrarlanarsa, mütləq həkimə müraciət edin. Çünki bu tip ağrılar vaginal kistlərin və yaraların xəbərçisi ola bilər.

loading...

 

Bir-birinin ardınca orqazm ola bilərəmmi?

 

Qadınlar kişilərə nisbətən daha yavaş və çətin ehtirasa gəlir. Lakin qadınların ən böyük şansı bir-birinin ardınca orqazm yaşaya bilmələridir. Qadının boşalması daha uzun müddət davam edir və bir-birinin ardınca cinsi əlaqəyə girə bilir. Bu səbəbdən də orqazmın da bir-birinin ardınca olması mümkündür.

 

Menstruasiya zamanı seksin zərəri varmı?

 

Bəzi mütəxəssislər zərərli olduğunu iddia edərək, menstruasiya zamanı cinsi əlaqəyə girməyi məsləhət görmürlər. Vagina bu dövrdə infeksiyalara daha açıq olur, bu səbəbdən də təmizliyə və qorunmağa daha çox diqqət etmək lazımdır. Lakin bəzi qadınlar bu dövrdə daha istəkli olur və həyat yoldaşları da bundan narahat olmursa, cinsi əlaqədə olmaq qorxulu deyil.

 

Vagina təmizliyində xüsusi məhsullardan istifadə etmək olarmı?

 

Qadınlar vagina təmizliyi mövzusunda son illər çıxan təmizlik gelləri, kremlər, salfetkalar, spreylərdən istifadə barədə qərarsız qalırlar. Mütəxəssislərin bir qismi bu məhsulları istifadə etməyi məsləhət görür, digərləri isə yox. Qısası, mütəxəssislərin də bu mövzuda ortaq fikirləri yoxdur.

 

Lakin həqiqət budur ki, vagina bölgəsinin özünə aid florası var. Bu floranın xaricdən tətbiq olunan maddələrlə pozulması bakteriyalara qarşı zəifləməsinə səbəb olur. Vaginanın içində turş bir mühit var və sabun, gel kimi məhsullar o mühiti poza bilər. Vaginanın sabunla yuyulması yanma hissinə səbəb ola, ordakı yaxşı xasiyyətli bakteriyaların və bədənin müdafiə sisteminin pozulmasına gətirib çıxarar. Bu da ciddi infeksiyalara yol açar. Vaginal təmizləmə vasitələri vaginanın içinə doğru deyil, yalnız xarici genital bölgəyə istifadə edilməlidir.

Oxunma sayı: (9)

Loading...
loading...