Banan qabığı ilə, ləkələrə, sızanaqlara, qırışlara, ziyillərə, yaralara son

07 Yanvar 2017 11:53
Banan qabığının dəriyə hansı faydaları var?Qadin.az onları sizə təqdim edir…
Bədənin müxtəlif yerlərində, xüsusilə də üzümüzdə olan bərkimiş ziyillər hamımızı narahat edir. Narahat olduğumuz bu görünüşü banan qabığı sürtərək gözəlcə təmizləyə bilərik. Rejimli olaraq bunu davam etdirsəniz, uzun müddət keçmədən düzəldiyini görə bilərsiniz. Məsələn, həftədə bir gün ziyillərə banan qabığı sürtərək 1 saat gözləyə bilərsiniz.
Xüsusilə, sızanaqlı üzlər üçün banan qabığı, həm çox faydalı həm də zəhmətsiz bir qurtarıcıdır. Üzünüzü qəşəng təmizlədikdən sonra üz bölgəsinə, yatmadan əvvəl banan qabığı sürtün və bu formada yatın, səhər oyandığınızda ilıq su ilə yuyun. Bu metoddan nizamlı olaraq tətbiq etsəniz, çox keçmədən sızanaqların yox olduğunu görəcəksiniz.
loading...
Bananın özü qədər qabığı da qırışlar üçün möcüzəvi bir dərmandır. Yaşın irəliləməsi ilə üzə çıxan dəri qırışları, banan qabığının qırışıq dəriyə müntəzəm tətbiqi ilə həm düzəlir, həm də qırışların çoxalmasının qabağını alır.
Dəri xəstəliyinə banan qabığı gözəl çarədir. Hətta illər əvvəl banan qabığının iç qisiminin bəzi yaralara çəkilməsini, müxtəlif qaynaqlar tərəfindən təsdiqlənmişdir. Bu səbəblə dəri üstündəki yaraların üzərinə banan qabığı çəkə bilərsiniz.

Oxunma sayı: (1)

Loading...
loading...