• Sağlam Həyat
Qarın piylərini yandıran təbii “antibiotiklər”
loading...

Bal, limon və darçın immuniteti möhkəmləndirən təbii “antibiotiklərdir”.
Saglamheyat.com  sağlamlıq bölməsi xəbər verir ki, bu 3 ərzaq həm sağlamlıq üçün, həm də artıq çəki ilə mübarizədə faydalıdır. Məşhur diyetoloq Alissa Rumseyin sözlərinə görə, bal və darçını limonlu isti su ilə qarışdırıb içmək artıq çəki ilə mübarizədə, xüsusi ilə də qarın piylərinin yandırılmasında daha effektli nəticə verir.
Ekspert bildirib ki, darçın, iltihab önləyici təsirə malikdir və antioksidantlarla zəngindir. Eyni zamanda diabet xəstələrində xolesterin səviyyəsini aşağı salır.
Bal bakteriyaları yox edir. Odur ki, şəkər əvəzinə bal işlətmək daha sağlam olmaq deməkdir.
Limon isə tərkibindəki bir çox vitamin sayəsində soyuqdəymədən qoruyur. bədənə gümrahlıq və enerji verir, o cümlədən piylərini yandırır.
Ərzaqlar:
1 xörək qaşığı bal
1 xörək qaşığı limon
1 çay qaşığı darçın
Hazırlanması:
Piyləri yandıran qış içkisini hazırlamaq çox asandır. Bu üçün 3 ərzağı bir stəkan isti suya əlavə edib yaxşı qarışdırıb için.

loading...
loading...

Comments are closed.