İnsanların qocalma yaşı açıqlanıb

10 Yanvar 2017 14:06

ABŞ alimləri müəyyən ediblər ki, insanlarda qocalma prosesi 39 yaşında başlayır.

loading...

Mütəxəssislərin fikrincə, bu yaşda insanların əqli qabiliyyətlərinin zəifləməsi, habelə dayaq-hərəkət funksiyalarının pozulması başlayır. Həmçinin amerikalı ekspertlər bildiriblər, 39 yaşına çatan hər bir insanın orqanizmində sinir hüceyrələrini örtən və onları zərərli təsirlərdən müdafiə edən mielin maddəsi azalır. Bu isə insanların fiziki imkanlarının zəifləməsinə gətirib çıxarır.
Alimlər qocalma mexanizmini izah etmək, həm də qocalmanın qarşısını almaq üçün bu sahədə araşdırmaları davam etdirmək niyyətindədirlər.

Oxunma sayı: (1)

Loading...
Loading...
loading...