Sağlamlıq və gözəllik üçün KEFİR KOKTEYLLƏRİ. Reseptlər

10 Yanvar 2017 14:10

Kefir çox faydalı içkidir. Kefiri “uzunömürlülərin içkisi” adlandırırlar.

Kefir mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, immun sistemini möhkəmləndirir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanda “pis” xolesterinin səviyyəsini aşağı salır, dərinin vəziyyətini yaxşılaşdırır, cavanlaşdırır, arıqlamağa kömək edir.

Bəziləri fikirləşir ki, kefir qatıqdır. Bu belə deyil. Kefir tam ayrı süd məhsuludur. Kefir xüsusi texnologiya üzrə hazırlanır.

Sizə çox faydalı kefir kokteyllərinin reseptlərini təqdim edirik. Bu kokteyllər çox faydalıdır – maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, orqanizmi təmizləyir, insanı gümrah edir, arıqladır.

loading...

1. 1 stəkan təzə kefir götürülür, hərəsindən 1 çimdik üyüdülümş darçın, zəncəfil və qırmızı istiot əlavə olunur, qarışdırılır və axşam qida qəbulundan 30 dəqiqə sonra içilir. Bu kokteyl arıqlamaq üçün olan ən yaxşı vasitələrdən biridir.

2. 1 stəkan təzə kefir + 1 çimdik sarıkök + zəfəran suyu (zəfəranı qabaqcadan az miqdarda suda dəmləmək lazımdır). Qarışdırılır və axşam içilir. Bu qarışıq həmçinin ürək üçün çox faydalıdır.

3. 1 stəkan kefir + 1 alma+ 1 çimdik darçın. Alma soyulur və blenderlə əzilir. Kokteyl yaxşı qarışdırılır və axşam qida qəbulundan 30 dəqiqə sonra içilir.

Oxunma sayı: (1)

Loading...
Loading...
loading...