Tədqiqat göstərib ki, depressiya və şizofreniya bir-biri ilə sıx bağlıdır

12 Yanvar 2017 09:51

Sən demə, genetikasında şizofreniyanın inkişafı riski olan insanlar həm də depressiyanın alt növlərindən birinə meyillidirlər. Bunu Edinburq Universitetinin tədqiqatçıları aşkar ediblər.

Alimlər əldə etdikləri nəticələrin şizofreniya və depressiyanın yeni müalicə metodlarının hazırlanmasına kömək edəcəyinə ümid bəsləyirlər.

loading...

Mütəxəssislər depressiyanın genetik səbəblərini tədqiq ediblər. Onlar şizofreniyaya irsi meyilliyi olan insanların genetik səviyyədə depressiyadan əziyyət çəkənlərə oxşayıb-oxşamadıqlarını müəyyən etmək istəyiblər. Tədqiqat göstərib ki, depressiyalı insanlardan ibarət qrupda şizofreniyanın genetik riski yüksəkdir.

Məlumdur ki, şizofreniya və depressiyanın oxşar təzahürləri var. Məsələn, bədbinlik və nevrotizm. Alimlər belə nəticəyə gəliblər: depressiyadan əziyyət çəkən bəzi insanlar şizofreniya ilə bağlı genetik xüsusiyyətlərə malikdir.

Oxunma sayı: (0)

Loading...
Loading...
loading...