Qiyməli pidenin HAZIRLANMA QAYDASI

07 Avqust 2016 06:11

İtalyan pizzasına alternativ bir ləzzət qiyməli pidedir. Qiyməli pideni ən asan və ləzzətli şəkildə necə hazırlanır? Sağlamheyat.com-un verdiyi məlumata görə qiyməli pideninin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar

 

Xəmiri üçün:

 

1 su stəkanı ilıq süd
1 stəkan su
1 paket yaş maya
4 yemək qaşığı duru yağ
1 yemək qaşığı şəkər
5 stəkan un
Duz

 

İçliyi üçün:

Yarım kilo qiymə
3 ədəd orta böyüklükdə soğan
3 ədəd orta böyüklükdə pomidor
2 ədəd yaşıl bibər
2-3 diş sarımsaq
Cəfəri
Qara bibər
Pul bibər
Cirə

Kəklikotu

 

Üzəri üçün:

1 yumurtanın sarısı
Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün undan başqa bütün ərzaqları bir qabda qarışdırın. Unu az-az tökərək yoğurun. Mayalanması üçün ən az 1 saat gözləyin.

İçliyini hazırlamaq üçün soğan və bibərləri rondodan keçirin və xırda-xırda doğradığınız pomidorlarla bir qaba tökün. Qiymə, duru yağ və ədviyyatları da əlave edib yaxşıca qarışdırın.

Mayalanan xəmirdən parçalar qoparıb uzun pide şəklində açın. Xəmirin kənarlarını içə doğru əyin və kağız sərdiyiniz soba qabına qoyun. İçlikdən töküb bərabər şəkildə yayın.

Kənarlarını bükdüyünüz pidelərin üzərinə bir yumurtanın sarısını çəkin və əvvəldən 180 dərəcədə isitdiyiniz sobada bişirin.

Nuş olsun!

Oxunma sayı: (71)