Saçları tez uzadan SADƏ MASKA

07 Avqust 2016 06:41

Saç kəsimindən peşman olanlar, saçlarının tez bir zamanda uzanmasını istəyənlər üçün sadə bir yol var. Sağlamheyat.com saçları sürətlə uzadan təbii maska təqdim edir.

Bunun üçün sizə yalnız bir ərzaq lazımdır – soğan.

 

Kollagen toxumaların yaranmasını artıran soğan saçların uzanmasında ən önəmli rolu olan tərəvəzlərdəndir.

 
Saçlarınızın uzunluğuna uyğun olaraq 3-4 soğanı rəndələyib suyunu çıxarın. Nazik süzgəcdən istifadə edə bilərsiniz.

Daha sonra bu suyu masaj edərək saç diblərinizə, qalanını da uclarına çəkin.

Yarım saat gözlədikdən sonra saçlarınızı hər zaman istifadə etdiyiniz şampunla yaxşıca yuyun.

Oxunma sayı: (18)