Zahı depressiyası nədir? – Yeni ana olanların diqqətinə

24 Avqust 2016 15:45

Yeni ana olanların 70-80 faizi zahılıq kədəri, 10-13 faizi isə zahılıq depressiyası yaşayır. Türkiyəli həkim-professor İlknur Çitil bildirir ki, zahılıq kədərinin öhdəsindən gəlmək üçün ailə və dostlardan dəstək almaq böyük əhəmiyyət daşıyır. Aile.lent.az mütəxəssisin zahılıq depressiyası və yeni ana olanlara məsləhətləri barədə fikirlərini təqdim edir.

 

Həkim ilk növbədə bildirir ki, zahılıq depressiyası qadınlarda doğuşdan dərhal sonra meydana çıxan qayğı, kədər və narahatlıq duyğularıyla birlikdə başlayan və uzun müddət davam edən depressiya növüdür. Doğuşla birlikdə bədəndə meydana gələn dəyişikliklər, hormonal eniş-çıxışlar, gündəlik həyatın dəyişməsi və “uşağım var, artıq annayam!” hissi bir çox qadında mənfi duyğulara səbəb ola bilər. İlk bir həftə normal qəbul edilən bu tip duyğular, uzun müddət davam etdikdə, artıq zahılıq depressiyasından şüphələnmək lazımdır: “Gərgin keçən hamiləlik, yorucu və çətin doğuş, doğuşdan sonra kifayət qədər dəstəyin göstərilməməsi kimi vəziyyətlər zahılıq depressiyasına səbəb ola bilər. Eyni zamanda bəzən psixoloji və fizioloji olaraq hər şey qaydasında olsa belə, doğuşdan sonra depressiya baş verə bilər. Buna görə də zahılıq depressiyasının qəti bir səbəbi olduğunu söyləmək mümkün deyil. Ancaq bəzi hallarda, vitamin və mineral çatışmazlıqları da depressiyaya gətirib çıxarır”.

 

Türkiyəli psixiatr Xədicə Turanın sözlərinə görə, zahılıq depressiyasına bioloji və psixoloji amillər səbəb ola bilər. Hamiləlik dövründə yüksələn estrojen və progesteron səviyyəsinin doğuşla birlikdə ani olaraq aşağı düşməsi də depressiya səbəbindən baş verir: “ Geç başlanan  doğuşdan sonra depressiyaya tiroit pozuqluqları, anemiya və fol turşusu çatışmazlığı rol oynayır. Doğuş edən bütün qadınlarda hormonal dəyişikliklər olmasına baxmayaraq, ruhi pozuqluqlar qadınların ancaq 10-15 faizində inkişaf edir. Bunu isə ictimai çətinlik, məcbur edilmə, fərdlər  arası əlaqə problemləri, ictimai dəstəkdən məhrum olma kimi vəziyyətlərlə əlaqələndirmək olar. Həyatlarını özlərindən çox xarici faktorların idarə etdiyini düşünən analar doğuşdan sonra  depressiya baxımından yüksək risk qrupuna daxildirlər”.

 

Zahılıq depressiyası nə qədər davam edir?

 

Doğuşdan sonrakı 7-10 gün ərzində stress, qayğı kimi depressiya əlamətləri 10 gün müddətində də yoxa çıxır. Ancaq söhbət şiddətli bir depressiyadan gedirsə və fərqinə varılmadıqda, müalicə edilmədikdə bəzən doğuşdan sonra 2 il qədər davam edə bilər.

 

Türkiyəli qadın xəstəlikləri mütəxəssisi İlknur Çitil zahılıq depressiyasının öhdəsindən gəlməyin yolları barədə danışıb. Analar doğuşdan sonra axıntı və qanamalarına, doğuş tikişlərinə diqqət etməlidirlər və dərman istifadəsini yenidən tənzimləməlidirlər: “Doğuşu təqib edən ilk günlərdə zahılıq dövrünə xas parlaq qırmızı rəngli, menstruasiya qanamasına oxşar miqdarda və “losi” deyilən axıntı olur. Günlər keçdikcə bu axıntının miqdarı azalır və rəngi açılır, sonda isə ağ  axıntıya çevrilir. Bu dövrdə gündəlik gigiyenik bez istifadə etmək və tez-tez dəyişdirmək, axıntının pis qoxulu, həddindən artıq miqdarda olmamasına və iltihabi xüsusiyyətlər daşımamasına diqqət etmək lazımdır”.

 

loading...

Həddindən artıq qanama uşaqlıqda plasenta toxuması qaldığına və ya nadir olaraq baş verən, uşaqlığın iç pərdəsi təbəqəsindən başlayaraq uşaqlığa qədər gələn infeksiyaya işarə ola bilər. Bəzi qadınlarda hərarət, şiddətli qanaxma və qarın bölgəsində həddindən artıq həssaslıq əlamətləri ilə də özünü göstərə bilər. Bu əlamətlər baş verdikdə mütləq həkimə müraciət etmək lazımdır: “ Normal doğuş edən qadınların vagina bölgəsində cərrahı kəsik edilibsə və ya cırılmalar olubsa genital bölgəyə tikiş vurulmalıdır. Bu tikişlərin səbəb olduğu həssaslığı aradan qaldırmaq üçün xəstəxanada olarkən lokal anesteziya kremləri istifadə edilməli, ilıq oturma duşları qəbul olunmalı və yumşaq yastıqlar istifadə edilməlidir. Həm tikişlər, həm də uşaqlıq ağzının açıq olması səbəbindən bu dövrdə axıntılar üçün tampon istifadə etmək əvəzinə, gündəlik gigiyenik bezlərə üstünlük verin. Bu həssaslıq 1-2 həftə ərzində yoxa çıxır.

 

 

Müayinələrə vaxtında gedin

 

Ana doğuşdan 10-15 gün sonra və zahılığın bitdiyi 6 həftənin sonunda müayinədən keçməlidir. Bu müayinələrdə bikini bölgəsindəki kəsik və ya genital bölgəyə nəzarət edilir, uşaqlığın əvvəlki ölçüsünə qayıdıb-qayıtmadığı araşdırılır. Digər tərəfdən hərarət, üşümə, titrəmə, döşlərdə süd yığılması, qıçlarda qızartı və ya şişmə, hərəkətlərdə çətinlik, məcbur edilmə, şiddətli və ya da pis qoxulu qanama, iltihab xüsusiyyətli axıntı və genital bölgədə qızartı kimi hallar baş verərsə müayinə vaxtını gözləmədən mütləq həkimə müraciət etmək lazımdır.

 

Süd çatmayacağı narahatlığından xilas olun

 

Zahılıq dövrü keçirən ananın ən böyük narahatlıqlarından biri də körpəsini necə qidalandıracağıdır. Xəstəxanadan çıxmazdan əvvəl tibb bacıları ilə əmizdirmə texnikasını öyrənmək sizin üçün faydalı olar. Körpənin əmməyi, ananın isə əmizdirməyi öyrəndiyi ilk günlərdə süd az miqdarda gəlir. Lakin ananın əhval-ruhiyyəsi yüksəkdirsə və körpə aktivdirsə süd getdikcə çoxalır. Əmizdirmə dövründə döş uclarının təmizliyinə diqqət etmək vacibdir. Eyni zamanda döşlərdə çox süd yığılmasına imkan verməyin: “Körpə əmdikdən sonra döşlərdə hələ də sərtlik və həssaslıq varsa, döşləri nasos və ya əllə boşaldaraq xüsusi süd qablarına yığılmalıdır. İlıq dəsmal və ya ilıq duş ilə döşləri masaj etməyi unutmayın. Bu tədbirlər görüldükdən sonra döşdə infeksiya başlaya, anada üşümə və titrəmə baş verə bilər. Tədbirlər görülmədikdə isə döşlərdə iltihab meydana gəlir və bunun cərrahı yolla aradan qaldırılmasına ehtiyac yaranır”.

 

Zahılara ailə dəstəyi çox əhəmiyyətlidir

 

Yeni anaya ictimai dəstək çox vacibdir. Hamımızın bildiyi kimi mədəniyyətimizdə də doğuşdan sonrakı ilk qırx günün əhəmiyyəti böyükdür. Bu dövrdə ana körpəsinin 40-ı çıxana qədər fiziki və ruhən istirahət etməlidir. Yeni ana olan qadın ilk bir neçə ay özünü analıq və yeni həyata öyrəşdirməlidir: “Təbii ki, bu dövrdə ananın ətrafında sevdiyi insanlar tərəfindən dəstəklənməsi də çox vacibdir. İlk dəstəkləyən insan isə mütləq ata olmalıdır. Ana, qayınana kimi ailə böyükləri də zahılıq depressiyasının keçməsində böyük rol oynayırlar. Dəstək almaqdan əsla utanmayın, ehtiyaclarınızı dilə gətirməkdən çəkinməyin. Yeni anaya sevdiyi yeməkləri bişirin. Bu yeməkləri artıqlaması ilə bişirin ki, sonra da yeyə bilsin”.

Oxunma sayı: (28)

Loading...
loading...