Gözəl olmaq üçün darçından istifadə edin

08 Avqust 2016 15:18

Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa, gözəlliyə də bir çox faydası var. Aile.lent.az darçının gözəlliyə töhfələrini təqdim edir.

 

Parlaq və təbii bürünc rəng

Qış aylarında dərinizin bir az daha canlı görünməsini istəyirsizsə, darçın, Hindistan qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.

 

Daha parlaq qızılı saçlar

Saçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayın. Daha canlı və parlaq qızılı saçlar ancaq sizdə olacaq.

 

Göbələk infeksiyası

Qadınların sıx rastlaşdığı vaginal göbələk infeksiyası ilə mübarizə üçün gündə bir neçə stəkan darçın çayı için.

 

Təbii dodaq balzamı

Ərimiş  Hindistan qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam olaraq istifadə edə bilərsiz.

 

Üz kirşanı üçün darçın

Parlaq bir üz üçün iki xörək qaşığı darçını 3 xörək qaşığı düyü nişastası ilə qarışdırın və bu qarışımı iri fırça ilə üzünüzə vurun.

 

Pilinq

Şəkər, darçın və Hindistan qozu yağını qarışdırın. Dərinizə vurub ilıq suyla durulayın.

 

Ağız qoxusunu aparır

Diş pastası bitibsə, ilıq suya qatdığınız darçın ilə qarqara edin. Düzdür, tam fırçalamış kimi təzə hiss etməyəcəksiz,  ancaq ağız qoxuları gedəcək.

 

Sızanaq maskası

Sızanaqlardan şikayətiniz varsa, balla qarışdırılmış darçını problemli yerlərə çəkin və 15-20 dəqiqə gözləyin. Həftədə bir dəfə edin.

 

Darçın və yulaf əzməsi maskası

Yağlı bir dəriniz varsa, bunu mütləq edin. Yulaf əzməsi, darçın və limon suyunu qarışdırıb vurun. 20 dəqiqə sonra yuyun.

Oxunma sayı: (4)