Stiletto ayaqqabı alarkən nəyə diqqət etməliyik?

21 İyun 2017 16:52

Son zamanların ən dəbli və çox üstünlük verilən ayaqqabı modellərindən biri də stilettodur. Gözəllik və zərafətin ön planda olmasını istəyən bütün xanımların bir nömrəli ayaqqabı modeli stiletto  oldu. Lakin xanımların unutduğu bir şey var. Bu ayaqqabılar sağlamlığa zərər vura bilən ayaqqabıdır.  Tərz olan bu ayaqqabıların yanlış seçimi sizin sağlamlığınıza zərər yetirir. Ona görə də, bu ayaqqabını alarkən diqqət etməli olduğumuz məqamları diqqətinizə çatdırırıq. 
Stiletto alarkən  topuq ölçüsünə diqqət edin.- Bu çox vacib məsələdir. Əgər bu ayaqqabılarla gəzmək sizə çətin gəlirsə və ilk dəfədirsə, alçaq topuqlu stiletto alın. Bu ölçüdəki stilettolar sizin tarazlığınızı qoruyacaq və sağa-sola  əyilməməyinizi təmin edəcəkdir.
Stiletto alarkən topuğun qalınlığına fikir verin.- Topuq qalın olarsa, bu sizin tarazlığınızın pozulmasına səbəb olacaq.  Bundan əlavə, barmaq ucunda uyuşma və ağrılara da səbəb olar. Onagörə də çox nazik topuqlu stiletto geyinməyin. Topuğu normal qalınlıqda və yüksəklikdə olan stiletto ayaqqabılar hər cür paltarla çox rahat geyilə bilər. Lakin daha gözə çarpıcı görünmək istəyən xanımlar daha yüksək və nazik topuqlu stilletto ayaqqabıya üstünlük verir.
Stiletto alarkən ucuna diqqət edin.-  Bu ayaqqabıları alarkən ucunun yumru yoxsa iti olmağına diqqət edin. Bəzi xanımlar, ayaqqabını sadəcə gözəl görünüşünə görə alıb geyinir. Lakin barmaqları uzun və geniş olanlar iti burunlu stiletto ayaqqabı geyinməməlidir. Bu onları çox narahat edə bilər. Bu ayaqqabılar bu cür ayaqları daha böyük göstərir. Ona görə də, ayaq formaları daraqlı, barmaqları uzun və geniş olanlar ucu yumru stiletto geyinməlidir. Bundan başqa, ayaqqabının ucu barmaqları tam şəkildə örtməlidir. Balaca və incə ayaqlar isə, iti uclu stiletto geyinsə daha gözəl görünəcək. Bu onların ayaqlarını daha zərif göstərəcək.
Stiletto alarkən materialına diqqət edin. – Bu çox önəmlidir. Bu ayaqqabılar adətən yaz-yay aylarında geyilir. Bu səbəbdən naxışlı və açıq stiletto geyilir. Bu ayaqqabılar ziyafət ayaqqabısıdır. Günlük stiletto ayaqqabılar isə, dəri parçadan olmalıdır.

loading...

Oxunma sayı: (165)

Loading...
loading...


Oxşar xəbərlər