Bu stillər sizi yaşlı göstərəcək – Xanımların nəzərinə!

03 Avqust 2017 09:59

Gözəl stilə sahib olmağın məqsədi sizi olduğunuzdan daha cazibədar göstərməkdir. Bu səbəblə seçilən hər bir parçanın dəyəri çox böyükdür. Ancaq bəzən dəb uğruna əslində bizə çox yaraşmayan, hətta olduğumuzdan çox daha yaşlı göstərən stillər seçirik. Saglamheyat.com  dəblə bağlı diqqət etməniz vacib olan bəzi qaydaları təqdim edir.

 

Yanlış saç rəngi

 

Saç rəngi yaşınızla əlaqədar olan təəssürata ən çox təsir edən faktordur. Siz trendi izlədiyinizi zənn edirsiniz, amma əslində nənənizi də izləmiş ola bilərsiniz. Xüsusilə son zamanların ən sevilən saç rəngi boz və bənövşəyi tonlar sizi olduğundan çox daha yaşlı göstərə bilər. Bu səbəblə saç rəngi seçərkən heç nədən təsirlənməyin və sizi öz yaşınızda göstərən rənglərdən istifadə etməyə çalışın. Saç rəngi seçimində dəb deyil, dəri və göz rəngi əsasdır.

 

Bədəninizə uyğun olmayan geyimlər

 

Bədəninizə böyük, ya da kiçik gələn geyimlər hər zaman risk daşıyır. Əyninizə böyük olan köynək və ya şalvar sizi olduğunuzdan çox daha yaşlı göstərəcək. Eyni şəkildə həddindən artıq dar paltarlar da vücud xətlərinizi göstərmək yerinə sizi daha

kilolu və yaşlı göstərəcək. Buna görə də geyiminizi seçərkən normal olmasına xüsusi diqqət etmək lazımdır.

 

loading...

Pis rəng seçimi

 

Geyimlərin rəng seçimində adətən dəb əsas götürülür. Bənövşəyi dəbdədirsə, mütləq qarderobumuzda həmin rəngdə bir geyimimiz olur. Ancaq dəbi izləyəcəm deyə sizə yaraşmayan rəngdə paltar geyinmək doğru deyil. Əgər rəng sizə yaraşmırsa və sizi olduğundan daha yaşlı göstərirsə, bu rəngi paltarlarınızda deyil, ayaqqabı, kəmər, çanta kimi aksessuarlarda istifadə edə bilərsiniz.

 

Çox, ya da az makiyaj

 

Hər bir qadının özünəməxsus makiyaj vasitələri var. Ancaq bu, həddindən artıq makiyaj etmək lazım olduğu anlamına gəlmir. Makiyaj edərkən yaşınıza, olacağınız şəraitə, saata diqqət etməlisiniz. Əks təqdirdə 25 yaşında ikən 30-35 yaşlı bir qadına dönə bilərsiniz.

 

Yüksək belli cinsl şalvarlar

 

30 yaşdan yuxarı qadınların yüksək belli cins şalvarlar geyinməsi məsləhət görülmür. Çünki sizi olduğunuzdan daha yaşlı və çəkili göstərəcək. Yaxşı olar ki, bu cür cinslərdən 20-25 yaşlı xanımlar istifadə etsin.

 

 

Oxunma sayı: (40)

Loading...
loading...


Oxşar xəbərlər