Asan doğumun yolları

31 Avqust 2017 19:50

Asan doğumun yolları

Hamiləlik dövrü hər bir valideyn üçün həyatlarındaki ən xoşbəxt müddətdir. Həm psixoloji, həm də mənəvi cəhətdən ailənin yeni fərdinə qovuşmağın həyəcanı bir başqa hissdir. Rahat doğum mövzusunda özəlliklə analar bu zamanlarda daha çox maraqlı və düşüncəli olurlar.  Aşağıda qeyd olunan asan doğum yolları ilə analar daha az əziyyət çəkərək öz möcüzələrini qucağına ala bilər.
1. Düzgün nəfəs alıb- vermə məşqləri edin. Bu doğuş üçün olduqca vacibdir. Ananı doğuşa daha hazır hala gətirir. Bu yolla ana uşağa oksigen göndərir. Doğuşun daha asan keçməsini təmin edir.
2. Vitamin qəbul edin- Həm sizin, həm də uşağın sağlamlığı üçün həkiminizin tövsiyəsi ilə mütləq vitamin qəbul edin. Uşağın fiziki və zehni inkişafı üçün çox vacibdir.
3. Nizamlı qidalanın.- Həkiminizin qidalanma ilə bağlı dediklərinə qulaq asın. Qırmızı ət, toyuq yeyin. Protein, dəmir və vitamin qəbulu hamiləlikdə çox vacibdir. Həftədə ən azı 2 dəfə ət yeyin, duzu və şəkəri isə azaldın. Hazır qidalardan qətiyyən istifadə etməyin.
4. Hamiləlik məşqləri, yoqa, pilates kurslarına qatıla bilərsiniz. – Bu tərz kurslar sizin bədəninizi və zehninizi doğuma alışdıracaq. Ən çox üstünlük verilən isə hamiləlik pilatesidir.
5. Hər gün təmiz havada gəzin- Hamilə olduğunuzu öyrəndiyiniz andan etibarən mütləq hər gün 1 saat da olsa gəzin. Özəlliklə, normal doğuş düşünürsünüzsə, bu ən önəmli faktorlardan biridir. Eyni zamanda hamiləlik zamanı kilo almanızın da qarşısını alacaq.
6. Su için.  Hamiləlikdə hər gün ən azı 2 litr su içməlisiniz. Toksinlərdən belə xilas olacaqsınız.
7. Xəstəxananızı əvvəldən seçin. Ürəyinizə yatacaq bir xəstəxana seçin.
8. Hamiləlik çantanızı əvvəldən hazır edin. Çünki doğuş hər an hər yerdə ola bilər.  Buna görə də lap əvvəldən hazır edin ki, təlaşla evdən çıxmayasınız.
9 . Hamiləlik kitabları oxuyun. Bu kitablar sizi doğuşa hazırlayacaq.

loading...

Oxunma sayı: (52)

Loading...
loading...


Oxşar xəbərlər