Közlənmiş bibər salatının RESEPTİ

13 Sentyabr 2017 13:13

Ev şəraitində müxtəlif yeməklər və salatlar hazırlamaq bir çoxumuzun sevdiyi işdir. Bəzən də istəyirik ki, daha fərqli nələrsə hazırlayaq.

Saglamheyat.com bununla bağlı sizə fərqli bir salat resepti verir.

 

Közlənmiş bibər salatı

 

Lazım olanlar:

 

4 ədəd bibər

1 stəkan zeytun yağı

2 xörək qaşığı nar şərab

2 diş sarımsaq

Duz

İstiot

 

loading...

Bibərlər yuyulur, qurulanır və nazik şəkildə qabıqları soyulur. Yağlı kağız sərilmiş ocaq qabına qoyulur. Hər tərəfinə yağ sürtülür və duz səpilir. 200 dərəcə qızdırılmış ocaqda 30 dəqiqəyə qədər bişirilir. Həmçinin bu müddət ərzində onları çevirin ki, hər tərəfi yaxşı bişsin. Yaxşıca yumşalan bibərlər soyudulur daha sonra saplaqları çəkilir və içindəki toxumlarla bərabər asanlıqla çıxarılır.

Üzərinə əzilmiş sarımsaq, narşərab, istiot vurulur. 2 saat soyuducuda saxlandıqdan sonra yeməyə hazır olur.

 

Nuş olsun!

Oxunma sayı: (20)

Loading...
loading...


Oxşar xəbərlər