Bir sevgi uğruna bunları qətiyyən etməyin

20 Sentyabr 2017 08:40

Bəzən sevginin gözü doğrudan da kor ola bilir və insanı yanlışa aparır. Amma  sevgi uğruna da olsa, imtina edə bilməyəcəyiniz məqamlar var.

Bu məqamları sizin diqqətinizə çatdırırıq.
1. Xəyallarınızdan imtina etməyin- Təsəvvür edin ki, həyatınız boyu nəyisə və ya nələrisə xəyal edib, onun xəyalı ilə yatıb-durmusunuz. Gün o gündür. Bu xəyallarınızı gerçəkləşdirəcəyiniz zaman gəlib yetişib. Amma qarşınızda maneə var. Maneənin adı sizin sevdiyiniz insandır. Bu zaman nə etməliyik? “Əsas sevgidir, xəyalların canı cəhənnəmə” mi deməlisiniz?! Əlbəttə ki, yox. Bir mənalı şəkildə heç kəs sizin xəyallarınızı yıxa bilməz. Buna icazə verməyin. Sevdiyiniz insanla xəyallarınız arasında seçim etmək məcburiyyətində deyilsiniz. Kimisə yenidən sevə bilərsiniz amma itirilən xəyalları qaytara bilməyəcəksiniz.
2. Dəyərlərinizi qoruyun- Hərkəsin bir əxlaq anlayışı, dünyagörüşü və dəyərləri var. Amma taleh 2 insanı bir araya gətirib. Çox gözəl. Çalışın ki, qarşınızdakı insan sizi dəyişməsin. Düşüncələrinizi ciddiyə alsın  və onlara hörmət etsin. Sizi sevən insan sizi hər halınızla sevəcək və qəbul edəcək. Ona görə də fikirlərinizdə qəti olun.
3. Xarici görünüşünüzü dəyişdirirsə- Qarşı tərəf sizi olduğunuz kimi sevmir  və xarici görünüşünüzə qarışır? Bu zaman belə düşünən insandan uzaqlaşın. Unutmayın, üz gözəlliyi gəlib keçicidir, amma qəlb gözəlliyi heç vaxt itmir.
4. Özünüzü işə yaramaz göstərməyin.-  Özünüz olun. Qarşınızdakına ondan az bilmədiyinizi göstərin .  Unutmayın, Kişilər güclü qadınları sevər.
5. Qərarlarınızı ortaq verin- Deyək ki, hansısa mövzuda bir qərara gəlməlisiniz. Bunu tək qarşınızdaki insana buraxmayın. Sizin də bu münasibətdə bir yeriniz və yetəri qədər düşünən  beyniniz, danışan diliniz var. Sadəcə olaraq bunlardan istifadə edin.

loading...

Oxunma sayı: (25)

Loading...
loading...


Oxşar xəbərlər