Uşaqlara xarici dili nə zaman öyrədək?

22 Sentyabr 2017 10:21

Uşaqların erkən yaşlarda xarici dil öyrənməsi çox faydalıdır.

Bu onlarda yaddaşı və diqqət konsentrasiyasını inkişaf etdirir, düşüncə elastikliyi və xarakteri formalaşdırır. Bu zaman beynin sol yarımkürəsi güclənir.

Erkən inkişafla bağlı yapon novatoru Masaru İbuki 1971-ci ildə yazdığı “3-dən sonra gecdir” əsərində çox maraqlı bir məqama toxunub. Dünya uşaq tərbiyəsində dönüş yaradan bu əsərdə deyilir ki, 3 yaşadək uşaqlar istənilən biliyi mənimsəyə bilərlər. İstər bu üzgüçülük, istərsə də skripka dərsləri və ya dil bilikləri olsun. Fərq etməz. Bu yaşda uşaqlar hər şeyi süngər kimi beyinlərinə hopdurmaq qabiliyyətinə malikdir və bu onlarda böyüklərlə müqayisədə daha uğurlu və mükəmməl şəkildə alınır. O yapon ailəsində doğulan bir körpənin ingilis dilli mühitdə cəmi 1 ilə necə təmiz və  ləhçəsiz ingilis dilində danışdığını misal gətirir. Özünün isə uzun illər böyük əmək və zəhmət sərf etməsinə rəğmən hələ də ingilis dilini mükəmməl və təmiz öyrənə bilmədiyini dilə gətirir.

loading...

Son zamanlar ölkəmizdə də bir çox ailələr uşaqları xarici dillərə yönəldir, körpə yaşlarından cizgi filmlərini seyr etdirməklə dil öyrətməyə çalışırlar. Mütəxəssislər də təsdiq edir ki, ən gözəl dil öyrənmə metodu erkən yaşlarda həmin dildə ünsiyyət, audio-nağıllar dinləmək və cizgi filmlərini seyr etməkdir. Uşaqlara xarici dildə kitabların oxunması və gündəlik həyatlarında bu dildə danışmağa çalışmaq övladınızın həmin dili mükəmməl mənimsəməsi üçün ən gözəl üsuldur.

Lakin uşağa eyni zamanda bir neçə dil öyrətmək heç yaxşı variant deyil. Bu zaman siz uşaqda nitq gecikməsi və ya defekti formalaşdıra bilərsiniz. Yaxşı olardı ki, dilləri növbə ilə öyrədəsiniz.

Bundan əlavə dil seçərkən onun populyarlığını deyil, övladınızın xarakterini nəzərə alın. Əgər hər iki beyin yarımkürəsi inkişaf etmiş, seçilən şəxsiyyət yetişdirmək istəyirsinizsə, bu zaman yapon dilini seçin.

Əgər uşağınızın musiqi duyumu yaxşıdır və ya siz onu inkişaf etdirmək istəyirsinizsə, o zaman sizin üçün ən uğurlu variant çin dili ola bilər.

Övladınız dəqiq və praktikdirsə, hər şeyi qaydası ilə etməyi sevirsə, o zaman ona ən uyğun dil seçimi alman dili olacaq.

Komunikabelli və açıq uşaq üçün yumşaq fransız və ya emosional ispan dili ən uğurlu variant ola bilər.

Əgər övladınız oxumağı, şəkil çəkməyi sevən xəyalpərəstdirsə o zaman ən uyğun seçim ingilis dilidir.

Oxunma sayı: (30)

Loading...
loading...


Oxşar xəbərlər