Qışda yemək üçün pomidor çığırtması – RESEPT

26 Sentyabr 2017 07:41

Qışda da yayda olduğu kimi, ləzzətli pomidor çığırtması yemək istəyirsiniz? O zaman Saglamheyat.com  sizə asan və dadlı pomidor çığırtması resepti verir.

 

Lazım olanlar:

 

2,5 kilo pomidor

500 qram acı bibər

1 stəkan zeytun yağı

1 çay qaşığı duz

 

Hazırlanması:

 

Əvvəlcə pomidorları yuyun və bir az qaynar suda saxlayın. Bu şəkildə qabıqlarını çox daha asan təmizləyərsiniz. Qabıqları təmizlənmiş pomidorları kub şəklində doğrayın. Acı bibərləri də yaxşıca yuduqdan sonra xırda-xırda doğrayın. Geniş və dərin bir tavaya zeytun yağını töküb qızdırdıqdan sonra bibərləri əlavə edib, rəngləri azacıq saralana qədər qovurun. Sonra doğradığınız pomidorları da əlavə edib, bir-iki dəfə qarışdırın və qaynayana qədər tavanın qapağını bağlayın. Qaynamağa başlayanda duzunu əlavə edib, ocağı ən az odda qoyaraq, tavanın qapağını açın. Bu formada istədiyiniz hala gələnə qədər təxminən 2 saat bişirin.

loading...

 

Bu müddətdə balonları və qapaqlarını geniş bir qabın içində həm isti qalmaları, həm də dezinfeksiya olmaları üçün 5-10 dəqiqə qaynadın. Qaynadandan sonra həm balonları, həm də qapaqları nəmli qalmayacaq şəkildə yaxşıca qurulayın və sousu onlara yığın və qapaqlarını möhkəm bağalayın. Balonları tərs çevirərək bir gecə saxlayın. Sonra onları qaranlıq bir yerdə mühafizə edərək istədiyiniz zaman istifadə edə bilərsiniz.

 

Nuş olsun!

Oxunma sayı: (94)

Loading...
loading...


Oxşar xəbərlər