Dəri rənginə uyğun dodaq boyası seçməyin yolları

05 Oktyabr 2017 16:40

Təbii makiyaja üstünlük verən hər qadının dodaq boyasına ehtiyacı olur.

Təbii makiyaja üstünlük verən hər qadının dodaq boyasına ehtiyacı olur. Makiyajı tamamlayan dodaq boyasıdır. İstifadə etmədikdə sanki özümüzü natamam hiss edirik. Dəri rənginizə görə dodaq boyası seçiminin bəzi ipucları var.  Düzgün dodaq boyası rəngini müəyyən etmək üçün əvvəlcə dəri  rənginizi tapmalısınız. Bunun  öyrənmək çətin deyil. Biləyin damarlı hissəsinə baxıldıqda, damarlar yaşıl görünürsə isti, mavi görünürsə daha soyuq tonlu dəri rənginiz var. Soyuq dəri rəngi üçün ” çəhrayı alt tonlu” ifadəsi də istifadə olunur. Cildinizə uyğun ən yaxşı pomada rəngini seçmək üçün, boyasız dodaqlarınızla ən yaxşı uyğunlaşan rəngi tapın. Dodaqlarınızı çox açıq dodaq boyası ilə boyasanız xəstə kimi görünə bilərsiniz.
Pomada  çox açıq və ya çox tünd olmamalıdır. Bir tərəfdən “meyid” kimi görünə bilərsiniz, digər tərəfdən qəhvəyi pomadadan qurtulmağa çalışa bilərsiniz. Bəyaz dərili xanımlar gül  qurusu, açıq şaftalı və çəhrayı tonlu pomadaları istifadə etdikdə üzləri daha canlı görünür. İsti tonlu bir dəriniz varsa, açıq çəhrayı bir dodaq boyası çəkə bilərsiniz, beləliklə,  gözəl görüntü əldə edəcəksiniz.  Buğdayı dərililər çəhrayı və şaftalıdan qəhvəyə dönük pomadalar vurmalıdır.
Solğun dərili qızlar dodaq boyası vurmasa da olar. Bəyaza yaxın və ya karamel tonlarından qaçmalıdır. Qaraşın xanımlar isə qəhvə, dəri, gül qurusu və şokolad tonlarındaki pomadaları çəkdikdə makiyajlarında mükəmməl görüntü əldə etmiş olacaqlar.
Dəri rəngini ortaya çıxarmaq üçün isə, dodaqların rəngini ortaya çıxaracaq parlaq bir boya seçilməlidir.

loading...

Oxunma sayı: (42)

Loading...
loading...


Oxşar xəbərlər