Ana südü qədər dəyərlidir…

05 Oktyabr 2017 16:45

Yumurtanın faydaları saymaqla bitmir…

Yumurta pəhriz siyahılarında əvəzedilməz qidalardan biridir. Yüzdə-yüz protein qaynağı olan yumurtanın orqanizmimiz üçün faydaalrı saymaqla bitmir.

loading...

Saglamheyat.com  məlumat verir ki, yumurtanın ağı ən yaxşı protein mənbəyidir. Xüsusilə, əzələ yığmaq istəyən idmançılar və ya əzələ itkisi yaşayan xəstələr üçün dərmandır. Yumurtanın sarısı isə dəmirlə zəngindir. Ancaq bədəninizin bu dəmiri istifadə etməsi üçün C vitamininə ehtiyacı var. Buna görə də, yumurtanı təzə tərəvəzlər və ya təzə sıxılmış meyvə sularıyla yemək daha faydalıdır. Yumurta sarısında eyni zamanda, biotin adlı vitamin var. Saç və dırnaq sağlamlığı və beynin inkişafında bu vitaminin rolu çoxdur. Ağ yaxşı bişməmiş yumurtalarda avidin adlı maddə olur və o biotinin bədəndə qalmasını əngəlləyir. Buna görə də, yumurtanın ağının yaxşı bişdiyinə əmin olmalısınız.

Bir yumurta təxminin 70 kaloridir. Aşağı kalorili olmasına rəğmən, keyfiyyətli proteini sayəsində uzun müddət tox qalmağınıza səbəb olar.

Oxunma sayı: (76)

Loading...
loading...


Oxşar xəbərlər