Siz dırnaqlarını yeyən adamlardansınız?

11 Oktyabr 2017 14:09

Siz dırnaqlarını yeyən adamlardansınız? Dırnaq yemənin nə səbəbdən baş verdiyini bilirdinizmi?

Uzun illər dırnaqları yemək nevroz xəstəliyinin əlamətlərindən biri sayılıb. Bu vərdişi hətta nevroz müalicsindən sonra tərgidən adamlara da rast gəlmək mümkündür. Amma, bu uzun sürmür, vərdişi tərgidənlər bir müddət sonra yenidən dırnaqlarını yeməyə başlayırlar.

Kanadalı alimlər bu vərdişin saçları oynatmaq və ya dodaq dərisini soymaq kimi bir adət olduğunu deyirlər. Alimlərin fikrincə dırnaqları yemək insanlarda darıxdıqları, qıcıqlandıqları və həyatdan məmnun qalmadıqları zaman ortaya çıxan bir vərdişdir. Alimlər dırnaqlarını yeyən 50 iştirakçı arasında araşdırmalar aparmışlar. Araşdırmada iştirak edənləri yarısı ətrafdakı hadisəyə qıcıqlandığı zaman dırnaqlarını yemişlər. Onlar bunun baş verməsinə stressin səbəb olduğunu və dırnaq yeyərkən rahatlaşdıqlarını qeyd etmişlər. 

loading...

Araşdırmalar zamanı dırnaqlarını yeyən adamlara təyyarə qəzasını (stress yaratmaq üçün) və istirahət üçün dəniz dalğalarını göstərən video görüntü təqdim edilmişdir. Araşdırmanı aparan mütəxəssislər ekranda həyəcan dolu səhnələr meydana çıxdığı zaman iştirakçıların dırnaqlrını yediyini müəyyən etmişdir. Mütəxəssilər hətta, araşdırmada iştirak edən adamların 6 dəqiqə sakit bir otqada heç bir söhbət etmədən tək saxladıqda da dırnaqlarını yediklərini görmüşlər. Araşdırmalar zamanı iştirakçıların ən çox darıxdıqları zaman dırnaqlarını yedikləri aşkar etmişdir.

Araşdırmaların sonunda mütəxəssislər dırnaq yemək vərdişi olan adamların yaxınlarından onları darıxmağa qoymamağı tövsiyə edir. Belə ki, dırnaqlarını yeyən adamları fikirlərini yayındırmaq üçün onlara əyləncəli  iş tapmaq, onların müxtəlif vasitələrlə başını qatmaq dırnaqlarını yemək vərdişindən daşındıra bilər.

Oxunma sayı: (78)

Loading...
loading...


Oxşar xəbərlər