Bu cinslər hamıda olmalıdır!

19 Oktyabr 2017 08:57

Cins hamının sevdiyi geyimdir. Tələsəndə və geyinməyə paltar tapmayanda, həmişə ən rahat və optimal variant – cinsdir.

Cins hamının sevdiyi geyimdir. Tələsəndə və geyinməyə paltar tapmayanda, həmişə ən rahat və optimal variant – cinsdir. Cinslər istənilən geyim və ayaqqabı ilə uyğunlaşır. Lakin, cinslərində müxtəlif formaları var və onları düzgün geyinmək lazımdır. Məhz buna görə də, sizin üçün, bir neçə mütləq cins formalarını ayırdıq:

Skinny – Rəng və dekorundan aslı olaraq, hər yerə geyinmək olar. Ən universal modellərdən biridi. Əgər daha hündür görünmək istəyirsinizsə, beli yüksək skinny cins seçin. Şalvarın uzunluğu normal olmalıdır (nə uzun, nə də qısa). İstənilən üst geyimlə uyğunlaşır.

Klyeş – ötən əsrin 70-ci illərində dəbə düşən model, bu mövsüm də aktualdır. Rahat köynək və ağ dar mayka ilə yaxşı uyğunlaşır. Bu modeli yalnız hündür daban ayaqqabı ilə geyinmək lazımdır. Bu zaman hətta qısa boy xanımlar belə yararlana bilər.

loading...

Kyulot- siyahımızın ən fərqli və yeni modeli. Müxtəlif rənglərdə var, amma ən yaxşı variant: ya çox tünd, ya da çox açıq. İdman ayaqqabısı ilə də uğunlaşır. Moms (Boyfriend) – 80-90- cı illərin trendi. İstənilən ayaqqabı və üst geyim ilə uyğunlaşır. Bu mövsüm çox aktual və dəbdədir.

Klassik – hər qadının ən az bir cüt klassik düz şalvarı olmalıdır. Artıq qat və dekora ehtiyac yoxdu. Qarderobun bütün əşyaları ilə uyğunlaşır.

Girlfriend – boyfriend-in daha incə və qadınsı modeli. Müxtəlif bəzək və dekor ilə də olur.

 

Oxunma sayı: (43)

Loading...
loading...


Oxşar xəbərlər