Narın qabığını qaynadıb için – Təbii dərman

19 Oktyabr 2017 08:59

Nar haqqında çox az məlumatımız var. Onun insan sağlamlığına faydaları saymaqla bitmir.

Metbuat.az xəbər verir ki, toxumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyin dərmanı olan nar, eyni zamanda bədəni xəstəliklərə qarşı qalxan kimi qoruyur.

Bir çox elmi araşdırmalar narın prostat xərçənginə yoluxma riskini azaltdığını sübut edib. Prostat xərçəngi müalicəsində narın xərçəng hüceyrələrinin sürətini azaltdığı deyilir. Buna görə də, həkimlər nar suyu içməyi məsləhət görür.

loading...

Ümumilikdə, insan sağlamlığına faydalı olan nar təbii antibiotikdir. Orqanizmdə əmələ gələcək iltihab və yaralara faydalı olduğu kimi dəridə yaranan iltihabın da qarşısını alır. Dərinin hər hansı hissəsində meydana gələn yara və iltihablara nar qabığını sürtərək problemdən xilas olmaq mümkündür.

Narın içərisində və dənələri arasında olan ağ təbəqə mədəyə faydalıdır. Eyni zamanda, qabıqları ishalın qarşısını alır. Nar qabığı qaynadıldıqdan sonra soyudulur və bal əlavə edilib içilir. Bu qarışıq ishalı anında kəsir.

Narın tərkibi antioksidantlarla zəngin olduğu üçün kosmetik vasitələrin hazırlanmasında istifadə edilir.

Oxunma sayı: (296)

Loading...
loading...


Oxşar xəbərlər