Qız uşaqları arasında vaginal estetik yaşı 9-a düşdü

21 Dekabr 2017 08:12

İngiltərədə, cinsi orqanlarının görünüşündən utanan və vaginal estetik əməliyyatı olmaq istəyən qız uşaqlarının sayının artdığı qeyd olunub.

Xanim.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada vaginal estetik əməliyyatı olmaq istəyən qız uşaqlarının yaşı 9-za qədər endiyi bildirilib.
Labiaplasti əməliyyatında uşaqlıq yolunun iç və xarici dodaqları ya qısaldılır, ya da yenidən formalaşdırılır.

İngilis Milli Səhiyyə Sistemi (NHS) 18 yaşından əvvəl bu cür əməliyyatların aparılmamasını tövsiyə edir.

Ancaq 2015 və 2016 -cı illərdə 18 yaşından kiçik 200 qız uşağı labiaplasti əməliyyatı keçirib. Bunların 150-dən çoxu 15 yaşından balaca olub.

loading...

Bəzi ekspertlər, pornoqrafiya və sosial mediada dolaşan fotoşəkillərin, gənc qızların uşaqlıq yolunun necə görünməsi lazım olduğu mövzusunda realist olmayan gözləntilərə rast gəlinir.

İngiltərə uşaq və yeniyetmə Ginekologiya Fondunun Sədri Doktor Crouch, NHS vasitəsilə gördüyü xəstələrdə hələ əməliyyata həqiqətən ehtiyacı olan birinə rast gəlmədiyini deyib.

Crouch, “Qızlar gəlib nifrət edirəm, alınmasını istəyirəm deyir. Bir qızın bir orqanı haqqında, hətta belə xüsusi bir orqanı haqqında belə hiss etməsi çox kədərli” olduğunu bildirib.
Doktor Crouch həmçinin, bu əməliyyatın yalnız tibbi bir anormallığı olan qızlara keçirilməsi lazım olduğunu da əlavə edib.

Oxunma sayı: (48)

Loading...
loading...


Oxşar xəbərlər