Badambura necə hazırlanır?

27 Dekabr 2017 15:17
Bu gün isə çoxumuzun ləzzətlə yediyimiz, xırçıltılı, şəkərli, ləziz badamburanın hazırlanma qaydası ilə tanış olacağıq.

Ərzaqlar:

Xəmir üçün:
Un – 900 qr.
Yumurta – 2-3 ədəd
Kərə yağı – 200 qr.
Xama – 2 x.q.
Quru maya – 1 ç.q.
Süd – xəmir nə qədər apardı

İç üçün:
Badam – 500 qr.
Şəkər tozu – 500 qr.
Hil – 1/4 ç.q.

Yağlamaq üçün:
Kərə yağı – 400 – 450 qr.

Hazırlanması:

Əvvəlcə xəmirmayanı hazırlayaq: Südü isidirik. Quru mayanı 1/3 st. ilıq süddə qarışdırırıq, üzərinə 0,5 ç.q. şəkər tozu töküb 5 dəqiqə kənara qoyuruq. Bu müddət ərzində isə yağı əridirik.

İndi xəmiri yoğurmağa başlayaq: Unun içinə yumurtaları, xəmirmayanı, südü, yağı və xamanı əlavə edib yaxşıca yoğururuq.Yumşaq xəmir alınmalıdır.
Xəmirin üstünə isti bir şeylə örtüb acıması üçün 1-2 saat saxlayırıq.

Xəmiri gözləyənə kimi içi hazırlayaq: badamı təmizləyirik, maşından keçiririk, şəkər tozunu və hili əlavə edib yaxşıca qarışdırırıq. Budur, iç də hazır! (Badamı təmizləmək üçün ən sadə qayda: onların üzərinə qaynar su tökürsünüz və 2-3 dəqiqə kənara qoyursuz. Qabıqları özü çıxacaq).

loading...

Xəmir acıyıbsa, işə başlamaq olar. 10 ədəd kündə hazırlayırıq. Bütün kündələri nazik yayırıq. Yağlayaraq bir-birinin üstünə qoyuruq. Sonra 10 qatlı xəmiri rulet kimi bükürük və halqa formasında doğrayırıq.

 

Badambura necə hazırlanır?

Hər halqanın ortasını əlimizlə oval formaya salırıq ki, içi qoya bilək. 2 ç.q. iç qoyduqdan sonra isə xəmirin kənarlarını bükürük. Badamburaları kağız salınmış listə düzürük. Bükülmüş tərəfləri altda qalmalıdır.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Onu da qeyd edək ki, badamburaların üzü qızarmamalıdır. Hazır olandan sonra üzərinə şəkər kirşanı səpməyi unutmayın.

Badambura necə hazırlanır?

Oxunma sayı: (93)

Loading...
loading...


Oxşar xəbərlər