LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!

29 Dekabr 2017 19:58

Türk mətbəxinə aid ən populyar yeməklərdən biri də lahmacundur. Biz onu müasir resept bilsək də, əslində yaşı 5000 ili ötən, tarixi Qədim babillərə kimi gedib çıxan bir yeməkdir.
Ürəyiniz lahmacun istəyəndə kafelərə üz tutmayın. Onu çox asan qaydada, qısa vaxt ərzində və ən əsası, sağlam şəkildə evdə, öz tavanızda bişirin.

Ərzaqlar: ( 8 ədəd üçün)

Xəmiri üçün:
İlıq su – 1 st.
Zeytun yağı – 2 x.q.
Duz – 1 ç .q.
Şəkər tozu – 1 ç.q.
Maya – 1 ç.q.
Un – 3 st.

Üstü üçün:
Yağlı ət farşı – 200 qr.
Baş soğan – 1 ədəd (rəndələnmiş)
Tomat pastası – 1 x.q.
Acı bibər pastası – 1 ç.q.
Pomidor – 2 ədəd (qabığı soyulub, rəndələnmiş)
Sarımsaq – 2 diş (əzilmiş)
Uzun bibər – 2 ədəd (xırda doğranmış)
Cəfəri – yarım dəstə
Qırmızı toz bibər – 1 ç.q.
Duz

loading...

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq: Undan başqa xəmir üçün olan bütün ərzaqları bir qabda qarışdırırıq və üzərinə un əlavə edirik, xəmir yoğururuq, üzərini örtüb, 1 saatlıq dincə qoyuruq.
Xəmir gələnə kimi isə üstünü hazırlayırıq: Üstü üçün olan bütün ərzaqları bir qaba qoyuruq, yaxşıca qarışdırırıq.
Xəmirdən mandarin boyda kündələr kəsirik. Azca un səpilmiş lövhə üzərində kündəni yayırıq. Teflon tavanı odun üzərində isidirik. Açdığımız xəmiri tavaya qoyuruq. Üzərinə 2 x.q. içlik qoyuruq və yayırıq. Tavanın qapağını bağlayıb, 5 dəqiqə bişirik. Xəmirin altının yanmamasına diqqət edirik. Üzərini soğan, cəfəri və limonla servis edib süfrəyə veririk. Nuş olsun!

Oxunma sayı: (131)

Loading...
loading...


Oxşar xəbərlər