CÜCƏ TABAKA

30 Dekabr 2017 10:56

Cücə tapaka xoşlayanlar üçün evsayağı resept. Tapakanın dadlı olması cücəyə bol ədviyyat vurulmasından asılıdır. Nələr vurulmalıdır, linkdə reseptdə oxuyun

Cücə tabaka (və ya tapaka) – Gürcü mətbəxinə aid ən dadlı yeməklərdən biridir. Bu cür üsulla hazırlanan cücə təkcə onlarda deyil, Rusiyada, digər Qafqaz ölkələrində, o cümlədən vətənimizdə də çox sevilir və hazırlanır. Tabaka – toyuğun adı deyil, onun hazırlandığı tavanın adıdır. Əgər siz də çoxdandır bu yeməkdən hazırlamırsınızsa və ya heç vaxt etməmisinizsə, o zaman qarşıdan gələn həftəsonu TABAKA üçün əla zamandır! Tavada bol ədviyyatlı əzilmiş, üstünə ağır qapaq qoyulmuş toyuq qızartması … Barmaqlarınızı yalayacaqsınız.

Ərzaqlar:

Cücə – 1 ədəd
Sarımsaq – 3 diş
Zeytun yağı – 5 x.q.
Kərə yağı – 1 x.q.
Su – 150 ml.
Duz – 1 ç.q.
Qara toz istiot – zövqə görə
Üyüdülmüş keşniş toxumu – 1 çimdik

Hazırlanması:

loading...

Cücənin sinəsini yarırsınız, yaxşıca yuyursuz və qurudursuz. Yarılmış tərəfdən taxtanın üzərinə qoyursunuz, üstünə plonka sərirsiz və cücəni döyürsünüz.
Üyüdülmüş keşniş toxumu, qara istiot, duz qarışdırılır. Ədviyyatları həm çöldən, həm də içəridən cücəyə sürtürsünüz. Üstünü boşqabla örtüb 8-10 saatlıq soyuducuya qoyursunuz.
Kərə və zeytun yağ tökülüb tavada isidilir. Cücə sinə tərəfdən tavaya yerləşdirilir, qapağın üstünə ağır yük qoyulur (məsələn, kiçik daş) və güclü odda 5 dəqiqə qızardılır. Sonra cücənin o biri üzünə çevirirsiniz və yenə qapağı örtüb, yükü qoyub, 5 dəqiqə də bu tərəfini güclü odda qızardırsınız. Sonra yükü götürürsünüz, tavaya cücənin yarıqlı tərəfini qoyursunuz, qapağı örtürsüz və 15-20 dəqiqə orta odda bişirirsiniz.Lazım gələrsə, bir qədər su da əlavə edə bilərsiniz.
150 ml. suya əzilmiş sarımsaq, 3 ç.q. duz əlavə edirsiniz, qarışdırırsınız. Bu sousun yarısını tavaya tökürsüz, odu gücləndirirsiniz və sous buxarlanana kimi qapağı açıq şəkildə bişirirsiniz. Sousun qalan yarısını isə cücəni süfrəyə verən zaman üzərinə tökürsüz.

Oxunma sayı: (29)

Loading...
loading...


Oxşar xəbərlər