Uşaqlarda mədə-bağırsaq xəstəlikləri və yaranma səbəbləri

09 Yanvar 2018 18:49
Yaz, yay aylarında mədə bağırsaq xəstəliklərində xüsusi bir artma müşahidə olunur. Bu xəstəliklər azyaşlı uşaqlarda daha tez-tez qarşımıza çıxır. 
Xəstəliklərin əsas yaranma səbəbi yay mövsümündə havanın kəskin isinməsi, ishala səbəb olan amillərin çoxalması, bu amillərə yoluxma yollarının asanlığı, qida məhsullarının isti havada daha tez öz keyfiyyətini itirməyə meyilli olması, istirahətlə əlaqədar səyahətlərin artması, bununla əlaqədar uşaqların qidalanma nizamının pozulmasıdır.
loading...
Bu xəstəliklər daha çox ağız yolu ilə yoluxulduğundan yeməkdən əvvəl və sonra əl təmizliyinə, körpələrimizə verdiyimiz qidaların xarab olmamasına, saxlanma şəraitinin normal olmasına xüsusi diqqət etmək lazımdır. Bu xəstəliyin səbəbi virus, bakteriya və parazitlərdir. Xəstəlik zamanı körpələrdə qusma, qarında ağrılar, temperatur və qarın getmələri baş verir. Bu viruslarlardan ən çox qarşımıza çıxanı rotavirusdur.
Burada mənim diqqət çəkmək istədiyim məqam virus infeksıyaları zamanı uşaqları ağır dərman müalicələrinə məruz qoymağın düzgün olmadığıdır. Bu xəstəliklər zamanı körpəni nəzarətdə saxlamaq və ehtiyac olduğu təqdirdə yüngül müalicələrə başlamaq lazımdır. Bəzən xəstəliyin bu formada müşahidə olunması qarşı tərəfi qorxudur və bu səbəbdən birbaşa ağır antibiotik müalicələri başlanılır ki, bu hal doğru deyildir.

Oxunma sayı: (18)

Loading...
loading...


Oxşar xəbərlər