Az yatanlar daha çox kökəlir çox yatan – Araşdırma

12 Yanvar 2018 15:48
İsveçdə yerləşən Uppsala Universitetində maraqlı bir araşdırma aparılıb.
Araşdırmaya görə, gündə 5 saat yatan bir qadının bel bölgəsinin 8 saat yatan bir qadınla müqayisədə 6 santimetr daha qalın olduğu ortaya çıxıb.
Ağciyər Xəstəlikləri mütəxəssisi Dr. Jenny Theorell-Haglöwun rəhbərlik etdiyi tədqiqat qrupu 50 yaş aralığında olan 6500 qadını təcrübədən keçirib.
Tədqiqat zamanı qadınların sağlamlıq problemləri barədə məlumat alınıb, çəkiləri və boyları ölçülüb. Araşdırma nəticəsində, 7-8 saatdan az yatan qadınların bel hissələrinin daha çox yağlanması məlum olub.
loading...
Belə qadınların bel bölgəsi qalınlığının 89,8 santimetrə qədər olduğunu qeyd edən Doktor Haglöw, bunun da sağlamlıq üçün böyük risk təşkil etdiyini vurğulayıb. O bildirb ki, bel bölgəsində yağlanma olanlar daha çox diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.
Dr. Haglöw az yatanların bel bölgəsində piylənmənin yaranma səbəbini açıqlayıb.
Birinci səbəb kortizol və böyümə hormonu ifraz miqdarının təsirlənməsi, ikinci səbəb isə yemək yeməyə daha çox vaxt sərf olunmasıdır.

Oxunma sayı: (26)

Loading...
loading...


Oxşar xəbərlər