Qadınlar hansı yaşda xoşbəxt olur – araşdırma

12 Yanvar 2018 18:12
Saglamheyat.com  Rusiya KİV-nə istinadən bildirir ki, alimlər bu barədə Osakada keçirilən elmi konfransda məlumat veriblər.
Araşdırma gündoğar ölkədə 70 yaşdan yuxarı qadınlar arasında sorğu formasında keçirilib. Sorğuda kişilər də iştirak ediblər. Araşdırmanın nəticəsi göstərib ki, yaşlı qadınlar özlərini yaşlı kişilərlə müqayisədə daha xoşbəxt hesab edirlər. Bununla belə, 90 yaşdan yuxarı olan qadınlar isə özlərini daha xoşbəxt sayırlar.
loading...
Tədqiqatda depressiyanın yoxluğu, insanın uzun müddət yaxşı əhval-ruhiyyədə qalması kimi bir sıra faktorlar nəzərə alınıb. Nəticələr ballarla qiymətləndirilib.
Xoşbəxtlik “şkalası” üzrə ən çox bal toplayanlar 90 yaşdan yuxarı qadınlar olub. Onlar 8,8 bal toplayıblar. 70 yaşlı qadınlar 7,4 bal, 80 yaşlı qadınlar isə 8,2 bal toplayıblar.

Oxunma sayı: (90)

Loading...
loading...


Oxşar xəbərlər