Neçə yaşda ana olmaq daha yaxşıdır?

12 Yanvar 2018 18:15
Həkimlərin ana olmaq üçün icazə verdiyi ən aşağı yaş həddi ilk menstruasiyanın olduğu yaş + 5 il olmaqla hesablanır. Məsələn, 13 yaş + 5 yaş = 18 yaş,14 yaş + 5 yaş = 19 yaş.
Ancaq buna baxmayaraq erkən- tutalım, 16-19 yaş və orta yaş 30-dan artıq yaş qadınlar üçün risk faktorları hesab olunur. Bu yaş qrupuna daxil olan qadınlarda optimal yaş qrupuna (20-29 yaş) daxil olan qadınlardan nisbətən ağır formalı hamiləlik toksikozları, patoloji doğuşlar, həmçinin dölün və doğulmuş uşağın yaşamaq qabiliyyətinin aşağı olması daha çox hallarda təsadüf edilir.
loading...
Xoshbextqadin.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşından sonra qadınlarda adətən bir sıra xəstəliklərə rast gəlinir ki, bu da ananın və doğulacaq körpənin saqlamlığına mənfi təsir göstərə bilər. Adətən hamiləliyə qədər aşkar olunmamış xəstəliklər məhz yaşlı dövrdəki hamiləlik zamanı özünü büruzə verir. Qadının yaşı artdıqca daxili cinsiyyət orqanlarında da dəyişikliklər baş verir. Cavan qadınlarda daxili cinsiyyət orqanlarının elastikliyi daha çox olur. Yaş artdıqca bu elastiklik azalır, bu da dölsalma riskini artırır.
Yaşlı qadınlarda doğuş zəifləməsi, toxumaların elastikliyinin pozulması nəticəsində doğuş yollarının cırılması, qanaxma kimi hallar daha çox baş verə bilər. Bu səbəbdən 35 yaşdan yuxarı qadınlara həkimlər Keysər kəsiyi əməliyyatını tövsiyə edirlər.

Oxunma sayı: (54)

Loading...
loading...


Oxşar xəbərlər