Boğaz ağrısından qurtulmağın SADƏ YOLLARI

13 Yanvar 2018 17:55

Soyuq havalar başlayan kimi boğaz ağrısı şikayətləri də artır.

Saglamheyat.com  lent.az-a istinadən ingilis qulaq, burun, boğaz həkimi Alasdair Macenin boğaz ağrısından qurtulmaq üçün etməli olduğumuz və olmadığımız məqamlar barədə məsləhətlərini təqdim edir.

Lazımdır:

Boğazdakı vəzləri yumşaltmaq üçün duzlu su ilə qarqara edin.
Lazım deyil:

Aspirin immunitet təsirini azaldacağı üçün ondan istifadə etməyin.

Lazımdır:

Çay için. Çay boğaz quruluğu yaratmadan sağaldır.

loading...

Lazım deyil:

Alkoqolik içkilər və qəhvə içməyin. Alkoqol və kafein bədəninizin susuz qalmasına səbəb olur.

Lazımdır:

C vitamini almaq üçün portağal, sink almaq üçün istiridye yeyin.

Lazım deyil:

Xəstə ikən çox danışmayın. Bu, boğazınızı daha pis hala gətirə bilər.

Lazımdır:

Mərkəzi isitmə sisteminin quruducu təsiri ilə savaşmaq üçün hava nəmləndirici istifadə edin.

Lazım deyil:

İnfeksiya sağalmadan qətiyyən siqaret çəkməyin.

Oxunma sayı: (18)

Loading...
loading...


Oxşar xəbərlər