Soyuducudakı pis qoxuları aradan qaldıran ÜSULLAR

20 Fevral 2018 14:00

Soyuducu ev əşyaları arasında bizim üçün ən əhəmiyyətli vasitələrdən biridir. Amma onu təmiz saxlamaq üçün müəyyən məqamlara diqqət etmək lazımdır. Çünki meyvə və tərəvəzlər müəyyən müddət soyuducuda qaldıqdan sonra orada xoşagəlməz qoxuların yaranmasına səbəb olur. Təbii ki, mütəmadi şəkildə soyuducunu təmizlədikdə həmin qoxulardan qurtulmaq mümkündür. Amma hər zaman da soyuducunu təmizləməyə vaxt olmur. Ailem.az-ın verəcəyi bəzi ip ucları ilə siz bu narahatçılıqlardan qurtulacaqsınız.

 

Qəhvə

 

Ağzı açıq şüşə kasanın içərisinə toz və quru qəhvə tökün. Bu kasanı 2-3 gün boyunca soyuducunuzda saxlayın.

loading...

 

Limon

 

Bir ədəd limonu dilimləyin. Həmin dilimləri soyuducunun bütün rəflərinə qoyun. Pis qoxuları aradan qaldırmaq üçün onları 3-4 gün saxlayın.

 

Vanil

Bir kasanın içərisinə vanil tökün. Pambığı azca isladıb vanilə batırın və soyuducu rəflərinizi silin. Möhtəşəm vanil iyi soyuducunuza rayihələndirəcək.

 

Yulaf

 

Bir kasanın içərisinə yulaf töküb, soyuducunun içərisinə qoyun. Bir neçə gün boyu yulafı soyuducunuzda saxlayın. Yulaf, eyni zamanda, meyvə və tərəvəzlərin təzə qalmasını təmin edəcək.

Oxunma sayı: (57)

Loading...
loading...


Oxşar xəbərlər