Evlilik həyatının 7 önəmli mərhələsi – Bunları hər kəs bilməlidir

06 Mart 2018 11:48

Hər insanın ömründə mütləq həyatını bölüşəcək bir insan olur. Evlənmək və xoşbəxt olmaq üçün insanlar öncə tanımalı, sonra sevməlidirlər. Psixoloqlar belə deyirlər.

Lakin demək olar ki, həmişə əksinə olur, öncə aşiq olur . sonra evlənirlər. Romantik dövr bitib, çəhrayı eynəklər düşdükdən sonra isə qarşındakı insanı tanıya bilmirsən, “bu aşiq olduğum adam deyil, dəyişmisən” deyirsən. Əslində dəyişən o deyil, o hər zaman beləydi, sən xəyalında yaratdığın obraza aşiq olmuşdun, indi reallıqla qarşılaşmısan. Əgər evlilik həyatında çətinliklər yaşayırsan və “bizim üçün hər şey bitdi” deyirsənsə bu məqaləni də oxu, sonra qərar ver.

Əsl sevgi zamanla gəlir

İlk konfet-çiçək dövrü

Bu dövr 18 ay davam edir. Kişi və qadın bir -birinə aşiq olarkən orqanizmdə hasil olan harmonların şiddətlənməsi dünyanı daha əlvan rəngdə göstərir. Bu dövrdə aşiq olan tərəf partnyorunu dünyanın ən maraqlı və ən gözəl insanı kimi görməyə başlayır, o hamıdan fərqlənir düşüncəsi ilə yaşayır. Bu dövrü narkotik təsirindəki beyinlə,sərxoşluq dövrü ilə müqayisə etmək olar. Psixoloqlar məhz bu dövrlərdə taleyüklü qərarlar verməyi xətalı hesab edirlər. Çünki bu sərxoşluq dövrü keçəndən sonra hər şey yoluna düşəcək, hadisələrə daha real görünəcək.

Doyma dövrü

Bu dövrdə aşiq olan cütlüklər hadisələrə daha ayıq başla baxmağa başlayırlar, hisslər dənizindəki fırtına artıq səngiyir. Cütlük tədricən bir- birinə alışmağa başlayır.Bunun nəticəsi olaraq davranış tərzi dəyişir, tərəflər özlərini daha təbii, olduqları kimi göstərməyə və aparmağa başlayırlar.

loading...

Qıcıqlanma dövrü

İstənilən cütlüyün həyatında qalmaqallar, dava- dalaşlar baş verir. Mübahisələr və münasibətlərə aydınlıq gətirilməsi bu dövr üçün xarakterikdir. Cütlüklərə elə gəlir ki, bu qalmaqallardan qaçmağın ən yaxşı yolu ayrılamq və ya boşanmaqdır. Ayrıldıqdan sonra münasibətlər yenidən başa dönəcək, konfet- çiçək, doyma və qıcıqlanma mərhələlərini təkrar yaşayacaqsınız. Lakin kamilləşmə mərhələsinə qədəm qoymasanız bu xoş sonluqla bitməyəcək.

Dözüm dövrüBu mərhələdə cütlükllər müdrükləşir, kamillik dövrünə qədəm basırlar. Bu mərhələdə mübahisələr əvvəlki kimi dramatik xarakter daşmır. Çünki hər iki tərəf yaxşı bilir ki, mübahisələr başa çatacaq, münasibəti isə davam etdirmək lazımdır. Əgər hər iki tərəf özünü tərbiyə edərək münasibətləri inkişaf etdirmək niyyətdindədirs,ə zamanla kamillik və gerçək məhəbbət qonaq gələcək deməkdir. Bu qanundur.

Borc və hörmət dövrü

Bu əsl məhəbbətin ilkin mərhələsidir. Bu günə qədər yaşananlar sadəcə eşq idi, indi isə həqiqi məhəbbət qapını döyür. Tərəflər bir-birinə güvənir, öz məsuliyyətlərini dərk edirlər. İndi onlar öz məmnuniyyətlərindən çox qarşı tərəfi xoşbəxt etmək haqqında düşünürlər.

Dostluq dövrü

Bu dövrdə cütlüklər bir-birlərinə çox yaxın olurlar. Dostluq və hörmət həqiqi məhəbbətə aparan qapıdır.

Əsl məhəbbətə gətirib çıxaran yol uzun və çətinliklərlə doludur. Bunun üçün birgə yol keçilməli, ömür yaşanmalıdır. Əsl məhəbbət bir an içində səmadan başınıza yağan səadət deyil. Bu zamanla hər iki tərəfin ciddi cəhdi, birgə əməyi ilə yaradılan qaladır. Əsl yetkin məhəbbəti görmək üçün insan özü yetkinləşməli, müdrikləşməlidir.

Oxunma sayı: (20)

Loading...
loading...


Oxşar xəbərlər