Od çərşənbəsinə özəl menyu: MAŞLI PLOV

06 Mart 2018 16:22

Xalqımızın ən gözəl bayramlarından olan Novruz həm də mətbəx ənənəsi ilə diqqət çəkir. Onun hər çərşənbəsinə uyğun milli xörəkləri var. İllərdir yaddaşların süzgəcindən keçərək bu günümüzə qədər qorunub bu adətlər. Ailem.az Od çərşənbəsində süfrələrinizi bəzəyəcək maşlı plov reseptini təqdim edir.

Lazım olanlar:

1 kq düyü

500 qr maş lobya

500 qr kərə yağı

1 ədəd toyuq

Duz

Zəfəran

Hazırlanma qaydası:

loading...

Əvvəlcə maş lobya 2-3 saat ərzində islağa qoyulur. Sonra ayrıca duzlu suda bişirilir. Düyü də adi qaydada bişirilir. Toyuq təmizlənir, suda bişirilir, bişdikdən sonra sinə hissəsindən 2 yerə bölünür, duzlanıb istiotlanır, yağlanmış qazanın dibinə toyuq qoyulur, üzərinə qat-qat düyü ilə maş lobya tökülür. Əridilmiş kərə yağı və zəfəran əlavə edilərək dəmə qoyulur. Dəm aldıqdan sonra düyü təpəcik şəklində qaba çəkilərək üzərinə toyuq qoyulur və süfrəyə verilir.

Nuş olsun!

Oxunma sayı: (19)

Loading...
loading...


Oxşar xəbərlər