SOBADA GÖYƏRTİ VƏ ƏTLİ QUTABLAR

14 Mart 2018 07:57
Sacın üzərində bişirmək imkanınız olmadıqda qutabı sobada da bişirməyi yoxlaya bilərsiniz. Sobada hazırlanan qutab daha kiçik ölçülü olur. Bu qutabların dadı adi- qazın üzərində bişən qutabdan fərqli və dadlı olur. Göyərti və ətli içliklə hazırladığım qutab reseptini sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:
3 stəkan un
1 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı maya

Göyərtili içlik :
Keşniş
Şüyüd
Göy soğan
İspanaq
Kəvər
Zirinc
Duz
İstiot

Ətli içlik:
300 qr çəkilmiş ət
2 ədəd balaca soğan
zirinc
duz
istiot
sumaq

Qutabları yağlamaq üçün kərə yağı

Əvvəlcə içliklər hazırlanır. Göyərtilər yuyulub qurudulduqdan sonra xırda doğranır , zirinc, duz və istiot ilə qarışdırılır.

 

Ət soğan ilə birlikdə ətçəkən maşından keçirilir, zirinc, duz, istiot və sumaq vurulub qarışdırılır.

loading...

Xəmir üçün maya ilıq suda isladılır, sonra una duz, maya əlavə olunur, ilıq su az-az əlavə olunaraq xəmir yoğurulur. Xəmiri isti yerdə üzərini örtüb 1 saat mayalanmağa qoyun.

Mayalanmış xəmiri kiçik , qoz boyda kündələrə ayırın.

Hər kündəni un ilə 10-15 sm diametrdə yayın.

Yaydığınız yuxaların içinə, dairənin yarısına içlik qoyun, digər yarısını üzərinə gətirərək kənarlarını bərkidin.

Hazır qutabları tavaya yığın.

Sobanı əvvəlcədən qızdırıb ən yüksək temperaturda 230-250 dərəcədə qutabların hır iki üzünü bişirin. Bişdikdən sonra qutabları isti-isti kərə yağı ilə yağlayın.

Oxunma sayı: (9)

Loading...
loading...


Oxşar xəbərlər