Ərimlə yenidən bir yerdə olmaq istəmirəm

14 Mart 2018 08:25

Salam, olar sizdən bir xahiş edim?

– Bəli, buyurun.

– Qurban olum, vacibdir, ehtiyacım var.

– Başa düşürəm, buyurun, əlimdən gələni edərəm.

– Mənə bir baxıcı tapa bilərsinizmi, dil-ağız bağlayan birisini.

– Nə üçün lazımdır?

– Mən ərimdən ayrılmışam, aramızda da bir uşaq var. Mən onu sevmirəm, onun ilə Cəhənnəm yaşamışam. Boşanmışıq, indi isə sərbəst yaşayıram, işim-gücüm var. O isə məndən sonra yenə də ailə qurmuşdu.

– Bəs indi?

– İndi isə boşanıb, valideynləri bizə gəlib, uşağa görə də barışıq istəyirlər. Oğlan bir neçə dəfə evimə söhbətə gəlmişdi, hətta bir neçə dəfə üstümə atılıb məni zorlamaq da istəyib, deyir ki, səni istəyirəm, lap nə qədər pul da lazım olsa verərəm. Mən bu cür əxlaqsız biri ilə bir yerdə qala bilmərəm. Mənə birini tapın ki, dil-ağızlarını bağlasın. Anamgil razıdırlar. Məni eşitmirlər.

 

– Ay xanım, bəs siz niyə dillənmirsiz?

– Dillənirəm e, amma kimdi mənə qulaq asan?

– Dua bir gücdür, o zaman təsir edə bilər ki, siz dua ilə yanaşı əməl edəsiz, cəhd və səy göstərəsiz, mübarizə aparasız. Qoymayın ki, sizin həyatınızı çürümüş adət-ənənələrə görə həll etsinlər. Siz qərarlı olun, öz həyatınızı özünüz seçin.

loading...

– Bəs dua?

– Üç dəfə “İxlas” surəsini oxuyub üfürün ananızın üzünə və sözünüzü deyin. Deyin ki, həyatımı özüm seçirəm.

– Təsir edəcək?

– İnam ən əsasıdır. İnamla yanaşı hərəkətiniz olmasa, sizə nə dua kömək edər, nə də Allah.

– Olmaz ki, mən dua edim, namaz qılım, nəzir verim və bunlar düzəlsin? O oğlan gilin ayağı bizdən kəsilsin?

– Xeyr, sizə yalnız itirilmiş vaxt qalacaq. Əgər nəyəsə nail olmaq istəyirsinizsə əməl etməlisiz, mübarizə aparmalısız. Bununla yanaşı Tanrıdan güc-qüvvət, səbr-dözüm, mətanət-rəşadət və s. bacarıqlar da istəyin. Sizə yardımçı və arxa olmanızı təvəqqö edin. Yoxsa oturub namaz-niyazla heç nəyə nail ola bilməyəcəksiz.

– Mən sadəcə o şərəfsizlə bir olmaq istəmirəm.

– O sizdən asılıdır.

– Minnətdaram, ümidvaram düzələr. Üç dəfə “İxlas” hə? Üfürüm?

– Ondan sonra da, MÜBARİZƏ APARMAQ!

– Yaxşı, bir şey olsa yazaram.

– Allah amanında.

– Siz də.

 

Oxunma sayı: (29)

Loading...
loading...


Oxşar xəbərlər