Narahat yaşamaq xəstəlikdirmi?

29 Mart 2018 13:16

Narahat yaşamaq xəstəlikdirmi?
Bir qrup insanlar vardır ki,onlar daima narahat yaşayırlar.Adi bir hadisə belə onları həyəcanlandırmağa bəs edir.Bu cür insalar tez-tez”Mən çox narahatam,ürəyim sıxılır.” və ya “Qorxuram nə isə olar.”cümləsini işlədirlər.
Bəs narhatçılıq nədir,onun əmələ gəlməsinə nə səbəb olur?
Narahatçılıq,həyəcan həyati məsələlərin ən adi hallarında da belə əsəbi gərginliklə müşahidə edilirsə,bunu psixoloji hal kimi qiymətləndirmək olar.Psixoloji gərginliyə səbəb olan narahatlıq zamanı insanlar özlərinin tək və köməksiz hiss edirlərlərsə bu patologiya sayıla bilər Belə insanlar özləri hansısa bir məsələyə rəy verib ondan çıxış yolu tapmaqda çətinlik çəkir,özlərini gücsüz sayır və öz problemlərinin həll etməyə adam axtarırlar.
Daima narahatçılıq hissi ilə yaşamaq insanlarda ürəkdöyünməyə,təngnəfəsliyə,qanın sirkulyasiyasının artmasına,arterial təzyiqin yüksəlməsinə səbəb olur.
Narahatçılıq hissinin müxtəlif növləri ayırd edilir.Bu yaranan situasiyadan,baş verən vəziyyətdən,məkandan və zamandan asılı olaraq fərqli ola bilir.
Narahatçılıq hissinin yaşayış tərzindən asılı olaraq 2 forması qeyd edilir.
Birinci formada insan öz narahatçılığını açıq şəkildə yaşayır.O bunu öz sözləri,hərəkətləri və ətrafa verdiyi reaksiyalarla nümayiş etdirir.
İknci formasa isə insan narahatçlıq hissini öz daxilində yaşayır.Real həyatda o ətrafdakılara sakit adam təsiri bağışlayır,amma beyni daima gərgin və narahat olıur.
Bu forma narahatçılığa uşaqlarda rast gəldikdə mütləq psixoloq-pedaqoqa müraciət etmək lazımdır.Çünki belə uşaqlar zahirən çox sakit görünsələr də onarın qapalı və həyəcəcan dolu daxili neqativ aləmləri olur.

loading...

Oxunma sayı: (18)

Loading...
loading...


Oxşar xəbərlər