10 aprel üçün astroloji proqnoz

10 Aprel 2018 08:30

Qoç
Gün asan, sevincli və xoş olacaq. Siz çətin ki, hansısa möhtəşəm uğurlara nail ola biləcəksiniz, amma pozitiv emosiyalar bol olacaq. Hədiyyələr, xoş sürprizlər və diqqət nişanələri mümkündür. Ailə tədbirləri yaxşı keçir, dostlarla və romantik görüşlər sevindirir. İşdə fikrini toplamaq hər zaman alınmır, amma ciddi xətalara siz yol vermirsiniz.

Günün maliyyə mənzərəsi əlverişlidir, ciddi xərclərin olacağı ehtimalı azdır. Amma böyük sazişləri ehtiyatla bağlamaq lazımdır, əks halda onlar fikirləşdiyiniz gəliri gətirməyəcək.

Buğa

Siz çox enerjilisiniz, sınaqlar keçirməkdən qorxmursunuz və uğur üçün lazım olsa risk edirsiniz. Belə yanaşma bir çox maneələri aradan qaldırmağa imkan verir. Məhsuldar əməkdaşlığın başlanğıcı istisna deyil, layihələrinizə öz pullarını yatırmaq istəyəcək insanlarla tanışlıq mümkündür. Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir, özü də müxtəlif əşyalar əldə etmək olar – seçimdə səhv etməyəcəksiniz.

Siz insanlarla yaxşı yola gedirsiniz, kimi nə ilə maraqlandıra biləcəyinizi anlayırsınız. Buna görə də işgüzar və şəxsi münasibətlər bu gün ahəngdar alınır. İşdə eşq macəralarının başlanacağı istisna deyil.

Əkizlər

İş üçün əlverişli gündür. Siz nəyin vacib olub-olmamasını anlayırsınız, prioritetləri düzgün müəyyən edirsiniz və hadisələrin inkişafı üzərində nəzarəti itirməməyə çalışırsınız. Çoxlarına kömək etmək şansı olacaq; sizin məsləhətləriniz və dəstəyiniz bu gün yaxınlarınıza xüsusilə faydalı olacaq. Planlaşdırılmamış işgüzar səfərlər istisna deyil, onlar mütləq uğurlu olacaq, çoxlu yeni təəssürat və parlaq emosiyalar bəxş edəcək.

Gün maliyyə baxımından pis deyil: sərfəli sazişlər bağlamaq və ya yeni gəlir mənbəyi tapmaq olar. Sevgidə bəxtiniz gətirəcək (hətta onu tapmağa ümidini itirənlər belə).

Xərçəng

Bu əlverişi gün sakit keçəcək. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün çox səy göstərməyə ehtiyac olmayacaq, çox şey həmişəkindən asan olacaq. Tamamilə gözlənilməz və ya ümidlərinizi üstələyən pul mədaxili mümkündür. Əldə edilmişi xərcləməyə tələsməyin: tezliklə vəsait hansısa vacib iş üçün lazım olacaq. Dostlar yaxşı xəbərləri ilə sevindirəcək.

Sevimli insana diqqət ayırmaq vacibdir – bu münasibətlərinizin xeyrinə olacaq, son vaxtlar yaranmış fikir ayrılıqlarının öhdəsindən gəlməyə kömək edəcək. Romantik sürprizlər istisna deyil.

Şir

Gün kifayət qədər gərgin olacaq. Asan uğurlara arxalanmamaq yaxşı olar: lazımi nəticələrə nail olmaq üçün səbr və iradə tələb olunacaq. Həmkarlar və rəhbərliklə münaqişələr istisna deyil. Mübahisələr işdən yayındırır və başladığınızı sona çatdırmağa mane ola bilər. Alış-veriş etmək və ya pulunuzu yad biznes layihələrə yatırmaq məsləhət deyil. İstənilən maliyyə məsələlərini tələsmədən həll etmək yaxşı olar.

İş həmişəkindən daha çox ola bilər. Bəzi Şirlər buna görə planlaşdırılmış görüşləri təxirə salmalı, əyləncədən imtina etməli olacaqlar. Axşama yorğunluq yığılacaq, naxoşluq mümkündür.

Qız

Ciddi məsələlərin həlli üçün günün birinci yarısından istifadə etməyə dəyər. Bu xüsusilə başqa insanların iştirakını tələb edən işlər üçün vacibdir. Səhər ətrafdakılarla ümumi dil tapmaq asan olacaq, amma getdikcə kiməsə doğru olmağınızı sübut etmək, dəstək əldə etmək üçün daha çox vaxt tələb olunacaq. Sazişləri də nahara qədər bağlamağa dəyər. Sonra özünü inkişaf, təhsil üçün uyğun vaxt olacaq.

Uzaq səfərlərə yollanmaq məsləhət deyil: onlar yorucu olacaq və darıxdırıcı görünəcək. Yaxınlarla həmişə razılığa gəlmək olmur, çünki onlar bu gün həvəslə güzəştə getmirlər.

loading...

Tərəzi

Gün yaxşı alınır, çox şeydə uğur qazanmaq şansı var. Siz fantaziya və yaradıcı yanaşma tələb edən işlərin öhdəsindən yaxşı gəlirsiniz. Siz məqsədə nail olmaq üçün tamamilə yeni üsul fikirləşmək, çətin vəziyyətdən gözlənilməz çıxış tapmağa qadirsiniz. Ətrafdakılar sizin fikrinizə bir çox məsələdə etibar edirlər, məsləhətlərə qulaq asırlar. Məhsuldar əməkdaşlığın başlanğıcı mümkündür.

Ailə işləri həmişəkindən daha çox diqqət tələb edir. Yaxınlarınıza köməyiniz tələb olunacaq və onu göstərmək xatirinə öz planlarınızı dəyişmək lazım olacaq.

Əqrəb

İşlərinizi sonraya saxlamayın. Günün əvvəli çox məhsuldar olacaq, cəmi bir neçə saat ərzində çoxdan öhdəsindən gələ bilmədiyiniz məsələləri həll edə biləcəksiniz. Pul daxilolmaları mümkündür; onlar gözləyirdinizdən daha çox ola bilər. Sonra işdə problemlər yarana bilər, rəhbərlik və həmkarlarla münaqişələr istisna deyil. Öz maraqlarınızı müdafiə edərkən siz özünüzə düşmən qazanırsınız.

Romantik münasibətlər ahəngdar alınır. Burada xoş gözlənilməz hadisələr, yaxşılığa doğru sürətli dəyişikliklər ola bilər. İntuisiyaya arxalanmaq olar, onlar sizi heç bir məsələdə pis vəziyyətdə qoymayacaq.

Oxatan

Günün başlanğıcı təzadlı və narahat olacaq. Bir şeydə fikrini toplamaq çətindir: daim yayınmalı olursunuz, üstəlik sizin işlərinizə ətrafdakılar tez-tez müdaxilə edir və bu da qarışıqlığa və nizamsızlığa səbəb olur. Amma tədricən vəziyyət yaxşılığa doğru dəyişir, cari məsələləri həll etmək və daha maraqlı işlərə keçmək mümkün olur. Yaxınlarınız sizin təşəbbüslərinizi dəstəkləyəcəklər.

Pulla ehtiyatlı olmaq lazımdır. Bu gün siz onları keçinə bildiyiniz şeylərə xərcləməyə, kortəbii alış-veriş etməyə meyllisiniz. Kiməsə borc vermək də məsləhət deyil: çətin ki, kimsə vaxtında sizinlə hesablaşsın.

Oğlaq

Diqqətli olun. Bu gün sizə bir çox sınaqlardan keçmək lazımdır. Onların öhdəsindən gəlmək üçün dəqiqlik və ehtiyatlılıq, öz emosiyalarını nəzarətdə saxlamaq və başqalarının görmədiklərinə fikir vermək tələb olunur. Əvvəllər əldə edilmiş təcrübə faydalı olacaq. Onun sayəsində siz ciddi səhvlərə yol verməyəcəksiniz və başqalarına səhvlərdən qaçmağa kömək edəcəksiniz.

Şəxsi münasibətlərdə gözlənilməz dəyişikliklər mümkündür. Burada hadisələr gözləyirdinizdən daha sürətli inkişaf edə bilər. İntuisiya daha yaxşı hərəkət etməyi göstərəcək.

Dolça

Bu günü məhsuldar keçirməyə çalışın. Son vaxtlar sizi narahat edən bir çox problemləri həll etmək şansı var; onu qaçırmayın. Sizin üçün asan olmayacaq. Məs: bəzi Dolçalar çox güclü rəqiblə mübarizəyə qoşulmalı olacaqlar və bu mübarizədən qalib kimi çıxacaqlar. Ətrafdakılar, həmçinin az tanıdığınız insanlar tez-tez sizə kömək edir.

Vaxtilə dəyərləndirdiyiniz əlaqələri bərpa etmək imkanı olacaq. Köhnə səhvləri təkrarlamamaq vacibdir. Bu məsələdə həyat təcrübəsi və intuisiya kömək edəcək.

Balıqlar

Gün parlaq, sevincli olacaq. Siz yeni işlərə maraqla başlayırsınız, öz istedadınıza layiqli tətbiq tapırsınız. Bilik və təcrübənizin tanışlardan kiməsə faydalı olacağı istisna deyil. Sazişlər bağlamaq olar. İntuisiya sizə nəyə xərcləmək lazım olub-olmadığını səhvsiz göstərir. Qeyri-adi tanışlıqlar ola bilər, onlardan biri həyatınızda vacib dəyişikliklərin başlanğıcını qoya bilər.

Yaxın insan çətin vəziyyətdə ola bilər və siz ona dəstək olmaq yolunu tapacaqsınız. Çətinliklərin öhdəsindən gəlmək üçün birləşərək siz yaxın keçmişdəki fikir ayrılıqlarını unudacaqsınız.

Oxunma sayı: (66)

Loading...
loading...


Oxşar xəbərlər