Fərqli dad: Soba kababının HAZIRLANMA QAYDASI

10 Aprel 2018 09:10

Həm asan, həm də çox ləzzətli bir axşam yeməyi hazırlamaq istəyirsinizmi? Ailem.az-ın verəcəyi fərqli reseptlə buna nail olacaqsınız.

Soba kababı

Lazım olanlar:

 

Yarım kilo qıyma
1 dəstə cəfəri

1 ədəd yaşıl bibər

1 ədəd quru soğan
1 çay qaşığı istiot
1 çay qaşığı duz
1 çay qaşığı kəklik otu

 

Üzəri üçün: 

 

1 kartof
1 soğan
1 pomidor

 

loading...

Sousu üçün: 
2 xörək qaşığı tomat
Yarım stəkan duru yağ

 

Hazırlanması:

 

Cəfəri, bibər və soğan xırda doğranaraq ədviyyatlarla birgə qiyməyə qarışdırılır. Hazırlanan küftə nazik şəkildə soba qabına yayılır. Üzərinə dilimlənmiş kartof, soğan, pomidor qoyulur. Və hazırlanmış sous üzərinə tökülür.

Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 40 dəqiqə bişirilir.

 

Nuş olsun!

Oxunma sayı: (62)

Loading...
loading...


Oxşar xəbərlər