Çərkəz Toyuğunun hazırlanması (Videolu)

10 May 2018 15:01

Çərkəz Toyuğu üçün lazımlı olan ərzaqlar

1 toyuq
1 baş soğan
1 ədəd kök
3 su stəkanı dolusu qoz ləpəsi
3 böyük dilim boyat çörək
Zövqə görə duz, istiot
Qırmızı bibər
2 diş sarımsaq

Çərkəz Toyuğu necə hazırlanır?

Toyuq yuyulub təmizlənir.
Soğan dördə bölünür.
Kök, soğan və toyuq ilə birlikdə qaynadılar.
Qaynamağa başlayınca üzərindəki kəfi alınar.
Duz əlavə edilib zəif odda bişirilir.
Ocaqdan götürülüb sümük və dərisi ayrılır və ətlər iri parçalara ayrılır.
Qoz blenderdən keçirilir.
Çörəyin qabıqları çıxarılaraq isladılır və suyu sıxılaraq arabir qoz əlavə edilir.
Sarımsaq, qırmızı bibər və duz əlavə edilib təkrar blenderdən keçirilir.
Yağı çıxarsa ayrıca qaba süzülür.
Hazırlanan qoz içinə az-az toyuq suyu əlavə edilib qarışdırılır.
Qatı konsistensiyaya gəlincə sousun yarısı əlavə edilib toyuq ətləri ilə qarışdırılır.
Xidmət qabına alınıb üzərinə tomat əlavə edilir.
Üzərinə əlavə olaraq qoz yağı gəzdirilib, cəfəri yarpaqları və qoz ləpəsi ilə bəzədilərək süfrəyə verilir.

loading...

Fərqil bir hazırlanma qaydasına bu videodan da baxa bilərsiniz…

Oxunma sayı: (26)

Loading...
loading...


Oxşar xəbərlər