Allah`ın qulunu sevməsinin 7 əlaməti

11 May 2018 14:52

Əgər Allah səni sevirsə, əldə edəcəyin mükafatı və ya qazanacağın yaxşılığı düşünmə. Onun rızasını qazanmağa çalış. Bunun üçün Allah`ın sevdiyi bir bəndə olduğunu bilməyin yetərlidir. Bəs Allah`ın sevdiyi bir bəndə olduğunu haradan biləcəksən? Hər bir qapının açarları olduğu kimi Allah`ın sevgisinin də səbəbləri və əlamətləri var. Aşağıdakılar bunlardan bir neçəsidir.

1- Allah Rəsulu salləllahu əleyhi və səlləmin o şəxsin həyatında bələdçi olması

“De ki: “Allah`ı sevirsinizsə mənə tabe olun. Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir.” (3,31)

2 -Nafilə ibadət etmək

Qüdsi bir hədisə görə Allah təalə buyurur: “Qulum Mənə nafilə ibadətlərlə yaxınlaşmağa davam edər, sonunda isə sevgimə nail olar”. (Buxari/Riqaq 38)

Nafilə ibadətlərə sədəqə, təhəccüd namazı, duha namazı, digər nafilə namazları və ya orucu misal çəkmək olar.

3- Bir-birini sevib ziyarət etmək, bir-birinə kömək etmək və bir-birinə Allah rizası üçün səmimi nəsihət etmək

Bu xüsusiyyətlərdən Peyğəmbərimiz salləllahu əleyhi və səlləm tərəfindən bir hədisdə bəhs olunur. Qüdsi bir hədisdə Allah təala buyurur: “Mənim razılığım üçün bir-birini sevənlərə, Mənim razılığım üçün oturub söhbət edənlərə, Mənim razılığım üçün bir-birini ziyarət edənlərə və bir-biri üçün xərcləyənlərə məhəbbətim haqqdır”. (İmam Malik, İbn Hibban)

4- Möminlərə qarşı təvazökar, kafirlərə qarşı sərt olmaq, Allah rizası üçün mal, elm və fiziki olaraq çalışmağa davam etmək və Onun xaricində heç bir şeydən qorxmamaq

Allah bu xüsusiyyətlərdən bir ayədə bəhs edir:  “Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, (bilsin ki,) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allah`ı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!”(Maidə 54)

Bu ayədə Allah sevdiyi qullarının xüsusiyyətlərini bizə bildirmişdir. Bunlardan ilki, təvazökarlıq, müsəlmanlara qarşı qürurlu olmamaq, kafirlərə qarşı sərt olmaq, onların qarşısında özünü alçaltmamaqdır. Allah`ın sevdiyi bəndələr şeytana qarşı Onun rizası üçün çalışırlar. Dinlərinin əmrlərini təqib etdikləri müddətcə heç bir kəsin ittihamlarından və qınamasından qorxmaz və lağ edənləra fikir verməzlər.

5- İmtahan edilmək

loading...

Müsibətlər və fəlakətlər insan üçün bir imtahandır və Allah`ın onu sevdiyinin işarəsidir. Çünki bu dərman kimidir, dadı acı da olsa dərmanı sevdiyinizə təqdim edərsiniz və dərəcəsi ən yüksək olan sevgi də Allah`ın sevgisidir.

Səhih bir hadisdə deyilir: “Şübhəsiz ki, böyük mükafat böyük bəlalardadır. Allah bir toplumu sevsə onları çətinliklərlə imtahan edər. Riza göstərən razılıq tapar. Narazılıq edən də narazılıq tapar”. (Tirmizi)

Möminin başına gələn müsibətlər axirətdə onu gözləyən cəzalardan daha yaxşıdır. Başqa cür necə dərəcəsi yüksələ və pis əməlləri silinə bilərdi? Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Allah, yaxşılığını istədiyi qulunun cəzasını dünyada verir. Pisliyini istədiyi qulunun cəzasını da qiyamət günü günahlarıyla gəlsin deyə, dünyada verməz”. (Tirmizi/Zühd)

Alimlər müsibətlər və bəlalardan uzaq olanları münafiqlər olaraq açıqlamışlar. Çünki Allah onların cəzalarını bu dünyada verməz və hesab günü həmin şəxsi bütün günahları ilə hüzuruna gətirir.

6- İnsanlar da onu sevəcək və yer üzündə xoş görüləcək.

Qüdsi hədisdə Allah təalə buyurur:  “Allah bir qulunu sevdiyi zaman, Cəbrayılı çağırıb “Mən filan qulumu sevirəm, sən də onu sev!” deyər. Cəbrayıl da onu sevər və sonra səmada belə səslənər: “Allah, filan qulunu sevir, siz də onu sevin!” Bundan sonra göylərdəki bütün mələklər onu sevər. Sonra o qul yer üzündə də hər kəs tərəfindən sevilib qəbul görər”.

7- Allah o bəndənin işlərini səhmana salar, hətta qəlbindən keçirdiyi və hələ dilinə gətirmədiyi halda duasını eşidər, bağlı qapıları ona açar və bəzən bəndə bunun üçün heç bir əziyyət də çəkməz.

Qüdsi hədisdə isə Allah təala buyurur: “Kim mənim vəli quluma qarşı düşmənçilik edərsə Mən də ona müharib elan edərəm. Qulumu Mənə yaxınlaşdıran şeylər arasında ən çox xoşuma gələni, ona fərz qıldığım şeyləri əda etməsidir. Qulum Mənə nafilə ibadətlərlə yaxınlaşmağa davam edər, sonunda sevgimə çatar. Onu sevdimsə artıq mən onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı (duyan ürəyi və danışan dili) olaram. Məndən bir şey istəyincə onu verərəm, məndən sığınma tələb etdimi onu himayəmə alar, qoruyaram. Mən edəcəyim bir şeydə, mömin qulumun ruhunu alacağım zamankı tərəddüdüm qədər heç tərəddüdə düşmədim: O ölümü sevməz, mən də onun sevmədiyi şeyi sevmirəm”. (Buxari/Riqaq 38)

Uca Rəbbimiz bizi də sevdiyi qullarından etsin. Amin!!!

Oxunma sayı: (158)

Loading...
loading...


Oxşar xəbərlər