İstixarə namazı nədir və necə qılınır?

17 May 2018 11:13
İstixarə sözü xeyir istəmək deməkdir. İstixarə hər hansı bir işi görməkdən ötrü Allahdan uğur diləməkdir. İstixarə namaz və dua ilə yerinə yetirilir. İstixarə namazı iki rükət səssiz qılınır. Bu namazı günün istənilən vaxtı qılmaq olar. Duanı isə namaz əsnasında səcdədə, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar. Cabir ibn Abdullah rəvayət edir ki, Pey­ğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biri­niz bir işi görməyə qərar verdikdə fərz namazla­rın­dan əlavə iki rükət namaz qılsın və de­sin:

“Allahım, Səndən Öz elminlə mənə kömək et­məyi və Öz qüdrətinlə mə­nə qüdrət verməyi dilə­yirəm. Səndən, Sənin böyük lütfünü diləyi­rəm. Şüb­hə­siz ki, Sənin hər şeyə qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən hər şeyi bi­lirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım, bu işin (işin adını çə­kir) mənim dinim, yaşayı­şım və aqibətim üçün tez və ya gec xeyirli ol­duğunu bilirsənsə, onu mənə nəsib et, asan­laşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di­nim, yaşa­yı­şım və aqibətim üçün tez və ya gec zərərli ol­du­ğu­nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olur­sa-olsun, mənə xeyir nəsib et, son­ra məni ondan razı sal!” (əl-Buxari, 1162).
Duanın transkripsiyası:

loading...
Allahummə inni əstəxirukə bi il­mikə, və əstəqdirukə bi qudratikə, və əs’ə­lukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tə’ləmu və lə a’ləm, və əntə alləmul-ğuyub. Allahummə in kuntə tə’lə­mu ənnə həzəl-əmra xayrun li fi dini və məaşi və aqibəti əmri, aci­lihi və əci­lihi – fəqdurhu li və yəssirhu li, sum­mə bərik li fihi. Və in kuntə tə’ləmu ənnə həzəl-əmra şərrun li fi dini və məaşi və aqibə­ti əmri, acilihi və əcilihi – fəsrif­hu anni, vəs­rifni anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ərdıni bihi.

Oxunma sayı: (82)

Loading...
loading...


Oxşar xəbərlər