Ramazan pəhrizi

17 May 2018 11:20
Ramazanda 2 dəfə qidalanmağın kilo verdirici təsiri olduğunu düşünürsünüzsə yanılırsınız. Ramazanda çəki almaq istəmirsinizsə, hətta çəki atmaq istəyirsinizsə bu qaydalara əməl edərək artıq çəkiyə sürətlə vida edin.

Ramazan pəhrizi

 

Ramazanda çəki almamaq üçün balanslı qidalanmaq lazımdır. Əks təqdirdə iki dəfə yeyərək çəkinizin artımı qaçılmaz olacaq.

Ramazan pəhrizi

 

Xüsusilə iftarda və sahurda yediklərinizə diqqət etməlisiniz. Yoxsa Ramazan sonrası yığdığınız çəkini atmaq çətinləşə bilər.

Ramazan pəhrizi

 

Ancaq Ramazan pəhrizinə riayət etsəniz sürətli və sağlam şəkildə çəkilərinizə vida edin.

Ramazan pəhrizi

Əsas yeməyə keçəndə balıq, toyuq, hinduşka, qatıq, təzə az yağlı pendir, 3 yumurta ağı və 1 yumurtanın sarısı, cəfəri, kəsmik ilə hazırlanmış omlet kimi zülal baxımından çox zəngin qidalardan istifadə edərək yeməyə davam edin. Ramazanda ancaq 10 gündə 1 yağsız qırmızı ətdən
istifadə edin.

 

Ramazan pəhrizi

loading...

 

İftar

Ramazan pəhrizi

İlk olaraq orucunuzu zeytun və ya bir xurma ilə açın. Sonra ilıq bir stəkanın içərisinə bir çay qaşığı limon və bal qoyaraq için.

Ramazan pəhrizi

Beləliklə, həm yağları yandırmağa , həm də maddələr mübadiləsini sürətləndirmiş olacaqsınız.
İftarda yeməyə ilk olaraq şorba ilə başlayın. Daha sonra 5 dəqiqə fasilə verin. Şorbadan sonra fasilə vermək əsas yeməyə keçdikdə daha az yemək yeməyinizi təmin edəcək.

Ramazan pəhrizi

 

Yemək arası fasilədə təxminən 3 dilim pendir, 1 ədəd yaşıl alma, 4 ədəd qoz, 11 ədəd fındıq yeməyiniz kifayətdir.

Sahur

Ramazan pəhrizi

Bir stəkan südün içərisinə 2 çay qaşığı kətan toxumu, 6 qaşıq yulaf yarması qarışdırıb yeyərək sahurda yeməyi tamamlaya bilərsiniz.

İftar menyusu üçün həftədə yalnız bir gün istədiyinizi yeməkdə azadsınız.

Allah tutduğunuz orucu qəbul etsin!

Oxunma sayı: (178)

Loading...
loading...


Oxşar xəbərlər