Oruc tutarkən orqanizmdə nə baş verir? – Mütəxəssis rəyi

17 May 2018 11:25
Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.
Son illərdə Ramazan ayı şimal yarımkürəsində günün işıqlı vaxtının uzandığı və havaların daha isti keçdiyi yay aylarına təsadüf edib (bu il Ramazan ayının Britaniyada mayın 16-da başlayacağı gözlənilir).
Nəticədə, misal üçün Norveç kimi ölkələrdə oruc tutan insanlar hər gün 20 saatadək yemək qəbul etməməli olacaq.
Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?
Orucluq zamanı sizin bədəniniz enerji yaratmaq üçün ilk növbədə ciyərdə toplanan qandakı şəkəri yandırır.
Ən çətini – ilk bir-neçə gündür
Real olaraq sizin bədəniniz “orucluq vəziyyətinə” son yemək qəbul etməyinizin üstündən 8 saat keçənə qədər düşmür.
Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin sorulması prosesi başa çatır.
Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlyukoza ehtiyatlarını sərf etməyə başlayır.
Qlyukoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.
Orucluğun ilk günləri, bədən aclığa öyrəşənədək, daha ağır keçir.
Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.
Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya səbəb olur.
Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis iy gələ bilər.
Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır.
 
Susuzluqla ehtiyatlı olun – 3-7-ci günlər
Sizin bədəniniz orucluğa öyrəşəndə, piy dağılmağa başlayaraq qandakı şəkərə dönür.
Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.
Orucluq dövründə, xüsusilə, yay aylarında su içmək olduqca vacibdir.
Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq miqdarda “enerjili qida” olmalıdır.
Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması da vacibdir.
 
Öyrəşmə dövrü – 8-15-ci günlər
Üçüncü mərhələdə, bədəniniz orucluğa tam öyrəşərkən, siz əhval-ruhiyyənizin yaxşılaşmasını hiss etməlisiniz.
Cambridge-də Addenbrooke`s xəstəxanasının Anesteziya və İntensiv Müalicə şöbəsinin məsləhətçisi doktor Razeen Mahroof deyir ki, bu mərhələdə digər müsbət cəhətlər də özünü göstərir.
loading...
Həddən artıq kaloriyalı yemək bədənin özünübərpa funksiyasını və infeksiyalara tab gətirmək qabiliyyətini zəiflədə bilər.
“Gündəlik həyatda biz çox vaxt həddən artıq kaloriyalı yemək yeyirik, bu isə bədənə digər, misal üçün, özünübərpa funksiyasını normal yerinə yetirməyə imkan vermir”.
“Beləliklə, orucluq orqanizmin özünübərpasını asanlaşdlıra və infeksiyalarla mübarizə qabiliyyətini gücləndirə bilər.”
 
Bərpa – 16-30-cu günlər
Orucluğun ikinci yarısında bədəniniz aclığa tamamilə öyrəşir.
Sizin bağırsağınız, ciyəriniz, böyrəkləriniz və dəriniz bərpa dövründən keçir.
Doktor Razeen Mahroof qeyd edir ki, uzunmüddətli orucluq arığlamağa kömək etmir.
“Orqanların funksiyası bu mərhələdə maksimum dərəcədə fəaliyyət rejiminə qayıdır. Sizin yaddaşınız və diqqətiniz yaxşılaşa bilər, özünüzü daha enerjili hissə edə bilərsiz”, – doktor Mahroof deyir.
“Bu mərhələdə sizin bədəniniz enerji üçün zülal işlətməməlidir. Bu vəziyyət davamlı orucluq müddətindən sonra yaranır.”
“Orucluq yalnız sübhdən hava qaralanadək davam etdiyindən özümüzə enerjili yemək-içməklə dəstək vermək imkanımız olur”.
 
Beləliklə, orucluq sağlamlığımız üçün xeyirlidirmi?
Doktor Mahroof bu suala müsbət cavab verir, lakin bu müsbətliyin şərti var.
“Orucluğun bədənimizə xeyir verir, çünki nəyi və nə zaman yediyimizə köklənirik. Lakin 1 ay ərzində davam edən orucluq xeyirdisə, bundan daha uzun müddət ərzində aclıq çəkmək məsləhət görülmür.”
Ramazan ayı dövründə açlıq yalnız hava qaralanadək çəkilir, odur ki, orqanizmi qidalandırmaq və enerji almaq üçün əzələləri xərcləməmək imkanı qalır.
“Uzunmüddətli orucluq arıqlamağa kömək etmir, çünki bu zaman bədəniniz artıq piyi enerjiyə çevirmək mərhələsini bitirib, enerji əldə etmək üçün əzələləri yandırmağa başlayır. Bu yaxşı hal deyil, çünki bədəninizin “aclıqçəkmə vəziyyətinə” düşdüyündən xəbər verir”.
Həkim məsləhət görürür ki, Ramazan ayı xaricində aclıq epizodik olaraq çəkilsin və ya 5:2 nisbətində pəhriz saxlanılsın (həftənin 2 günü – aclıq, qalan günləri isə normal rejim).
Onun fikrincə, bu, uzunmüddətli aclıqçəkmə rejimindən daha sağlam alternativdir.

Oxunma sayı: (50)

Loading...
loading...


Oxşar xəbərlər